Vilnüsdə jurnalist təhlükəsizliyinin vəziyyətinə dair konfrans keçirilib
İyunun 7-8-də Litvanın paytaxtı Vilnüsdə ATƏT-in təşəbbüsü ilə quruma üzv ölkələrdə jurnalist təhlükəsizliyinin vəziyyətinə dair keçirilən beynəlxalq konfrans başa çatıb. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı və Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov iştirak ediblər.
Əflatun Amaşov konfransdakı çıxışında rəhbərlik etdiyi qurumun media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsindəki rolundan danışıb. Mətbuat Şuranın əsas missiyasının cəmiyyətin müxtəlif təbəqələrindən daxil olan şikayətlərin araşdırılması olduğunu deyən Əflatun Amaşov jurnalist təhlükəsizliyi məsələsinə diqqət çəkib: “Hər bir cəmiyyət üçün jurnalist təhlükəsizliyi mühüm amildir. Medianın sərbəst fəaliyyət göstərməsi, məlumatları qərəzsiz və obyektiv çatdırması bundan da əsaslı surətdə asılıdır. Buna görə də Mətbuat Şurası məsələni daim diqqətdə saxlayır, mövcud istiqamətdəki tendensiyaları yaxından izləyir”.
Mətbuat Şurasının sədri diffamasiya ilə bağlı qanunun vacib olduğunu qeyd edib və bunu jurnalist təhlükəsizliyinin aspekti kimi dəyərləndirib. O, Mətbuat Şurasının təşəbbüsü, ATƏT-in Bakı ofisinin yaxından dəstəyi ilə Azərbaycanda diffamasiya haqqında qanun layihəsinin hazırlandığını, sənəd ətrafında geniş müzakirələrin keçirildiyini, layihənin ölkə parlamentinə təqdim olunduğunu nəzərə çatdırıb: “Mətbuat Şurası 2010-cu ili “Diffamasiya ili” elan edib. Məhz həmin ilin martında Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birgə layihəsinə start verib. İlk mərhələdə jurnalistlərin peşə davranışı qaydalarının daha təkmil variantını hazırladıq. Nəzərə aldıq ki, diffamasiya mühiti jurnalistlərdən peşə vəzifələrinə daha məsuliyyətli yanaşma tələb edir. Buna görə də əvvəlcə peşə etikasına riayətin vacibliyinə dair bir növ, mesaj verdik. İkinci mərhələdəki işimiz isə qanunun hazırlanması idi ki, bunu da yerinə yetirdik. Əminəm ki, tezliklə sənəd qanunvericilik aktı kimi rəsmi təsdiqini tapacaq”.
Qeyd edək ki, konfransda ATƏT-ə üzv ölkələrdə söz və mətbuat azadlığının durumuna nəzər salınıb, jurnalist təhlükəsizliyinə maneə törədən faktlar barədə diskussiyalar gedib, mövcud istiqamətdə yerli hakimiyyət orqanlarının və jurnalist təşkilatlarının üzərinə düşən missiya ətraflı müzakirə olunub. Toplantıda habelə media qanunvericiliyinin vəziyyətinə, məhkəmə sisteminin media ilə əlaqədar proseslərə baxma təcrübəsinə dair fikir mübadilələri aparılıb. Konfrans çərçivəsində eyni zamanda Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin təşəbbüsü ilə əlavə toplantı da təşkil olunub.

405