Qənirə Paşayeva Makedoniyanın türk deputatı ilə görüşüb - FOTO
09 iyun 2011 13:15 (UTC +04:00)

Qənirə Paşayeva Makedoniyanın türk deputatı ilə görüşüb - FOTO

Lent.az-ın məlumatına görə, Ərdoğan Saraçın rəhbərlik etdiyi Türk Milli Birlik Hərəkatı iyunun 5-də keçirilən parlament seçkilərində iştirak edib və partiyanın sədri Ərdoğan Saraç millət vəkili seçilib. Millət vəkili Qənirə Paşayeva Türk Milli Birlik Hərəkatının rəhbəri Ərdoğan Saraçı qazandığı qələbə münasibəti ilə təbrik edib və uğurlar arzulayıb.


O, partiya üzvləri ilə görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları barədə ətraflı məlumatlar verib. Millət vəkili təkcə 20-ci əsrin sonunda deyil, 20-ci əsrin əvvəllərində də erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin dinc azərbaycanlılara, Azərbaycan türklərinə qarşı soyqırımlar törətdiyini onların diqqətinə çatdırıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar.


Erdoğan Saraç deyib ki, bir millət vəkili kimi o da bu məsələni daim gündəmdə saxlayacaq. O, böyük məmnuniyyətlə Azərbaycana səfər etmək istədiyini və həm ölkələri, həm də Azərbaycan türkləri ilə Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük imkanları nəzərə alaraq ikitərəfli səylərin daha da artırılmasının vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar