Bin Ladenin əsirliyində olmuş azərbaycanlı: “Hamı onun əlini öpürdü, “şeyx” deyirdi...” - SÖHBƏT - FOTO
“Gəl avtovağzala, orda görüşək”. Bunu mənə Etibar dedi. Onu da bildirdi ki, günorta saat 1-də reysə çıxmalıdı, gecikməyim. Dediyi vaxtda orda oldum. Üzərində Türkiyə və Azərbaycan bayraqlarının əks olunduğu “Ford” markalı mikroavtobusu tapmaq çətin olmadı.
- Dərdiş, bu söhbət hardan yadına düşdü?
- Bir dəfə səndən müsahibə götürəndə xırda bir epizod yadımda qalmışdı. Bin Laden öldürülən kimi sən yadıma düşdün.
- Yoxsa, yadına düşməyəcəkdim, eləmi? (Gülür)
Amma aşağıda söhbət açacağımız bu həyat hekayəti isə… heeeç gülməli deyil. Bir Hollivud rejissoruna əla mövzu da ola bilər. Bəlkə özünüz oxuyub qiymət verəsiniz?
Haydı, Əfqanıstana!
1961-ci ildə Tovuzda anadan olan Etibar Əmiaslanov bütün sovet gəncləri kimi 18 yaşında hərbi xidmətə yollanır. Ukrayna paytaxtı Kiyevdə desant qoşunlarında xidmətə başlayan Etibargilin batalyonuna bir gün qəfil əmr gəlir: “Batalyon Özbəkistanın Termez şəhərinə dislokasiya olunur”.
“Nəinki batalyonu, bütün hərbi hissəni gecə yarısı təyyarələrə doldurub, Termezə gətirdilər. Burda isə bir neçə gün aramsız təlimlər keçdik. Və məlum oldu ki, Əfqanıstanı işğal etməyə gətirilmişik. Hə, məhz işğal etməyə. Yox bir, əfqan xalqı bizi gözləyirdi, bizim beynəlmiləl köməyimizi (yenə gülür). Amudəryanı keçən kimi əfqanların sovetlərə necə nifrət etdiyini gözlərimlə gördüm... (Bir az duruxur) Harda sovet əsgəri görürdülər, vururdular. Əllərinə nə keçsə - yaba ilə, tapança ilə, nə bilim xəncərlə. Bizə, sovetlərə dəhşət nifrət edirdilər…
Lalol, kar ol!
Etibargilin batalyonunu Əfqanıstanın şərqinə, Cəlalabad vilayətinə göndərirlər. Həmsöhbətimiz orda döyüşçü kimi bir sıra əməliyyatlarda iştirak edir. Günlərin bir günü batalyona gəlmiş KQB zabitlərindən biri ona yaxınlaşır.
“O vaxt vəziyyət elə idi ki, üzümüzü müntəzəm qırxa bilmirdik. Mənim də saqqalım uzanmışdı. Həmin gün məni qərargaha çağırdılar. Bildirdilər ki, üç aylıq təlimə gedirəm. Dedim nə təlim? Qayıtdılar ki, sən lal-kar olmağı öyrənməlisən”.
Beləliklə, xüsusi təlimçilər, psixoloqlar Etibara təlim keçməyə başlayırlar. Sən demə, onu xüsusi kəşfiyyat məqsədi ilə hazırlayırmışlar.
“Qardaşoğlu, təsəvvür elə, saqqal uzanıb sinəmə kimi, əfqanlardan heç nə ilə fərqlənmirəm, üstəlik qulağımın dibində tapança, avtomat atırlar, reaksiya vermirəm. Bax, beləcə kar etmişdilər bu KQB təlimçiləri məni”.
Beləcə müsahibimiz lal-kar görkəmində Əbdülrəhmonov soyadlı bir tacik zabitlə Cəlilabad vilayətində kəşfiyyatçılığa başlayır. Bu iki kəşfiyyatçının əsas işi isə aşağıdakılardan ibarət olur; sovet vaxtı “duşman” deyilən qruplaşmaların yerini təyin etmək, onların koordinatlarını sovet hərbi hissələrinə məruzə etmək.
“Bundan sonra isə sovet əsgərləri həmin ərazini sadəcə məhv edirdilər. Uşağa, qocaya, qadına baxmadan” - deyir Etibar. Hə, onların bir görəvi də olur: Lazım gələndə onlar elə özlərinin də sovetlərə qarşı vuruşan mücahidlər kimi təqdim edirdilər.
“Bizi tacikin karabini zibilə saldı”
“Hər ikimiz əfqan paltarında, çalmada idik. Mənim bir tapançam, tacikin isə bir karabini vardı. Elə bizi zibilə salan da o karabin oldu”.
Demək, Etibar və tacik Əbdülrəhmonov bir aulda növbəti kəşfiyyat əməliyyatına gedirlər. Yerli səhra komandirlərinin biri ilə görüşdə tacik zabit sırf təsadüf üzündən ifşa olunur.
“Bizimlə görüşən “duşman”lardan biri qəfil tacikin karabininə baxmaq istədiyini dedi. Tacik karabini ona uzatdı. Həmin şəxs isə karabinin tətiyinin üstündəki yazıya baxıb, tacikin başa düşəcəyi dildə nəsə qışqırmağa başladı. Tacik də ona tərəf qışqırdı. Mən təbii ki “kar” idim. Amma görəndə ki, ətrafdan bir xeyli adam gəlib bizi mühasirəyə alır və deyəsən, bizi əsir götürməyə başlayır, dayana bilmədim. Tacik sadəcə onu dedi ki, “Edik, axırımız çatdı”. Sən demə, tacikin əlindəki silah bu adamın sovetlər tərəfindən öldürülmüş qardaşının silahı imiş. Elə həmin yazıdanca həmin silahı tanıyıb. Axırımız çatmışdı”.
“Duşmanlar” tacikin üzərindən ratsiya, Etibardan isə yerli ərazinin xəritəsini də tapırlar.
Amma axırı çatan tacik zabit Əbdülrəhmonov olur. Onu yerindəcə güllələyirlər. Etibarı isə əsir alıb aparırlar. Bilirsinizmi hara? İndi danışacağıq. Hələliksə,
Qısa arayış:
Tora-Bora. Əfqanıstanın Cəlalabad vilayət mərkəzinin 85 km cənubunda yerləşən Nanqahar adlanan ərazidəki mağara-kompleksi. Dəniz səviyyəsindən 4000 metr yüksəklikdə yerləşir. Çoxsaylı labirintlərlə dolu keçidlərə malikdir. Əfqan mücahidləri, taliblər - başda Mola Ömər olmaqla, Yunus Hales, Bin Ladenin əsas istehkamlarından biri olub. Buranı, Tora-Boranı nə sovet, nə də indilikdə Amerika qoşunları belə fəth edə bilməyib. Sovetlər bura vakuum bombaları atsa belə…
“Şeyx 12 sovet əsgərinin başını kəsdirdi”
“Gözü bağlı, daha doğrusu, başıma torba keçirib, iki gün apardılar. Heydən düşmüşdüm. Onlar dincələndə mən də bir saatlığa yuxulayırdım. Yoxsa, bütün günü eşşəyə yüklədiklərindən də çox yükü mənə yükləmişdilər, həmin yüklə də hərəkət edirdim, haldan düşmüşdüm. Üçüncü gün səhəri harasa gəlib çatdıq. Mənim başımdan kisəni çıxardılar. Bir mağaraya gətirdilər. Məndən başqa orda 13 nəfər vardı. Hamısı da sovet əsgərləri”.
Qəhrəmanımız məşhur Tora-Bora mağarasına aparılmışdı. Burda isə ona sözün əsil mənasında işgəncə verməyə başlayırlar. Ac-susuz saxlayır, hər gün döyür, ən ağlasığmaz işlərə məhkum edirlərmiş. Deyir ki, həmin vaxt onun ayaqları həmişə qandallı olub. Bütün əsir sovet əsgərləri kimi. Bir gün xəbər gəlir ki, onunla eyni mağarada olan “şurəviləri” bayıra çağırırlar.
“Gələn cavan bir əfqan idi. Dedi ki, şeyx gəlib, (bu ifadəyə diqqət - S.M.) onun şərəfinə şurəvilərin başı kəsiləcək. Təsəvvür edirsənmi nə vəziyyətdə idim? Bir neçə dəqiqədən sonra başım kəsiləcək? Amma məndən başqa hamısını apardılar. Mənə dedilər ki, sən dayan, səninlə sonra danışacağıq. Sən demə, bu 12 nəfər başqa bir sovet batalyonunda bir kəndə basqın ediblər və qadınları, qızları zorlayıblar. İndi buna görə onları cəzalandırıb, başlarını kəsirlər. Gözümün qabağında bir-bir başlarını xəncərlə kəsdilər, sonra da bir quyuya atıb basdırdılar”.
“Bu mağaraların ümumi uzunluğu bəlkə də 20 kilometrə çatardı. Bir yerdən girdinmi, hardan çıxacağını təxmin edə bilmirdin. Məni bir mağaraya aparmışdılar, ancaq yüksək görəvli adamlara qulluq edirdim. Süpürürdüm, silirdim, bir sözlə, ətrafda səliqə yaradırdım. İnsafən, həmin mağarada döyüb eləmirdilər. Günlərin bir günü xəbər gəldi ki, şeyx gələcək...
Bu da şeyx...
Hamı ora-bura qaçırdı. Hiss etdim ki, gələn kimdisə, yüksək ranqlı birisidir. Səhər tezdən hamı, mağarada olan bütün döyüşçülər, iri rütbəli komandirlər hazırlıq vəziyyətində idilər. Adamlar sıraya düzülmüşdülər. Təxminən 22-23 yaşlı bir cavan oğlan içəri daxil oldu. Daxil olmağı ilə də sıradakılar onun əlini öpməyə başladılar. Cavan olmasına baxmayaraq, hamı onu lider kimi qəbul edirdi. Onun dedikləri onlar üçün qanun idi. Cavan idi, amma hamı ondan çəkinirdi. Həmin adamın yanında NATO hərbi geyimli iki nəfər də vardı. Həmin adamlar və həmin şəxs bir neçə dəqiqə sıradakılarla nəsə danışandan sonra çıxıb getdilər. Məni isə yenidən həmin yeri süpürməyə, təmizlik yaratmağa məcbur etdilər”.
“O şeyx ərəb milyarderinin balası Üsamədir”
Bir qədər sonra Etibar təsadüfən maraqlı bir məqamla üzləşir. Deyir ki, mağaradakı otaqlardan birini təmizləyərkən yanından NATO geyimli iki zabit keçir.
“Onların danışdığı dil nəsə mənə xoş gəldi. Özümdən asılı olmayaq qışqırdım: “Bir dəqiqə sizi olar?” Çevrilib qəribə nəzərlərlə mənə baxdılar: “Sən türkmüsən, asker?”
Qayıtdım ki, azərbaycanlı. Biri məni təpiklə vurdu ki, bəs niyə müsəlman ola-ola əfqanlara qarşı vuruşmusan? Dedim ki, mənim nə təqsirim var, bizi elə ölkədə böyüdüblər ki… Sözümü ağzımda kəsib dedi ki, sizin ölkə uzaqbaşı 10 ilə dağılacaq. Ondansa din qardaşlarınla birgə vuruş şurəvilərə qarşı. Bunu deyib getdilər”.
Etibar sonradan başa düşür ki, həmin NATO zabitləri türklər imiş. Həmin türk zabitləri bir neçə gün sonra yenidən Tora-Borada əsirlikdə olan bu tovuzlu balasını axtarırlar. Və tapırlar. Ona deyirlər ki, o gördüyü şeyx Səudiyyə milyarderinin balası Üsamədir. Sovetlərdən əsir düşmüş müsəlman xalqlarının balalarını, ərəbləri də öz ətrafına yığır, şurəvilərə qarşı vuruşur. SSRİ-yə qarşı vuruşmaq istəyirsənsə, buna razılaş.
“Mən vətənimə qayıtmaq istədiyimi dedim. Onlar dedilər ki, əsirlikdən qayıtsan, səni vətən xaini elan edəcəklər, yaxınlarını da incidəcəklər. Gözümün qabağına atamla anam gəldi. Amma ürəyimdə onu da bilirdim ki, deyilənlər boş sözlərdir.
Bir neçə gün sonra həmin adamlar yenə gəldilər. İsrar etdim ki, mənə kömək etmək istəyirlərsə, bu mağaradan xilas etsinlər. Bir-biri ilə xısın-xısın nəsə danışdılar. Elə bu an həmin gənc ərəbin gəldiyini elan etdilər. Hamısı özünü yığışdırdı. O da gəlib getdi. Türklər sonuncu dəfə şurəvilərə qarşı vuruşub-vuruşmayacağımı soruşdular. Dedim ki, evimə getmək istəyirəm. Bir yaşlısı vardı. Qayıtdı ki, gecəni gözlə”.
Gecə onu konvoyla - özü də hamısı türk olur - Cəlalabad vilayətinin Əsədabad adlı qəsəbəsi tərəfə aparılar. Orda ona sovet hərbi hissəsinin yerləşdiyi yeri göstərirlər. Və deyirlər ki, azadsan, amma…
“Məni vəhşicəsinə çırpıb, sovetlərə təhvil verdilər”
Amması bununla da bitmir. Onun əl-qolunu açandan sonra türklər Etibarı o ki var döyürlər. “Sifətimdə sağlam bir yer qalmadı. Qabırğalarımın neçəsi sındı. Qayıtdım ki, məni niyə döyürsünüz, heç onlar məni bu cür döyməyiblər? Dedilər ki, ay axmaq, bu görkəmdə get hərbi hissəyə ki, sənə inansınlar”.
Deyəsən, haqlı imişlər. Hərbi hissənin girəcəyində uzun saqqalla məni tanımadılar, təbii ki. Bu görkəmdə sovet əsgəri olmazdı. Məndən hansı hərbi hissədən olduğumu soruşdular. Cavab verdim. Hissə komandirinin, qərargah rəisinin adını soruşdular. Gördülər düz deyirəm. Vertolyot çağırdılar. Kabilə, ordan da Daşkəndə apardılar. Ordan da Bakıya…”
***
Bu da vətən. Amma Etibarla söhbətdə bir məqam daha çox diqqətimi cəlb etdi. Tovuzun ermənilərə qarşı müdafiəsində əvəzsiz fədakarlıqlar göstərmiş, Şerbak kimi əzazil bir rus komandanı yerinə oturtmuş bu avtobus sürücüsü bu müharibədə də elə Əfqanıstan təcrübəsindən yararlandığını fəxrlə deyir.
Gör indi bin Laden nə olub...
Səbuhi Məmmədli

867