Yavər Camalov: “Bölgədə analoqu olmayan bir hərbi sənaye yaratmağı hədəfləyirik” – MÜSAHİBƏ
Azərbaycan müdafiə sənayesi nazziri Yavər Camalovun APA-ya müsahibəsi
- Cənab nazir öncə Azərbaycan Müdafiə Sənayesi Nazirliiyinin təmsil olunduğu İDEX-2011 sərgisi ilə bağlı təəssüratlarınızı öyrənmək istərdik. Sərgini necə dəyərləndirirsiniz?
- Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 71 adda müdafiə təyinatlı məmulat nümayiş etdirdi. Sərgi müddətində dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müdafiə təyinatlı məhsullar ilə tanış olduq, eyni zamanda, bizim maraq dairəmizdə olan məhsulların Azərbaycanda istehsalını təşkil etmək üçün həmin şirkətlərlə həm texnologiyaların gətirilməsi, həm də avadanlıqların alınmasına dair danışıqlar apardıq. Bizim maraq dairəmizdə olan həmin məhsulların istehsalı və texnologiyaların transferinə dair anlaşma memorandumları və protokolları imzaladıq. Bundan əlavə, sərgi müddətində Azərbaycanın nümayiş etdirdiyi silah və döyüş sursatlarına bir sıra dövlətlər tərəfindən maraq göstərildi. Bu sırada ABŞ, Pakistan, Qazaxıstan, Kanada, Bolqarıstan Türkiyə və Banqladeş şirkətlərini göstərə bilərəm. Nəticədə əsas danışıqlarda atıcı silahlar üçün döyüş sursatlarının, minaatan və qumbaraatanlar üçün döyüş sursatlarının, qumbaraatanlar üçün optik nişangahların, AQS-17 və AQS-30 qumbaraatanlar üçün döyüş sursatlarının ixracı, həmçinin digər silah və döyüş sursatlarının ixracına dair anlaşmalarımız oldu. Razılaşmaya əsasən həmin şirkətlərin nümayəndələri qısa müddətdə Azərbaycana gəlməlidirlər. Onlarla birlikdə biz həmin məhsulların testlərini aparacağıq. Testlərdən sonra müqavilələr bağlanılacaq və ixracı istiqamətində işlər görüləcək.
- Bundan əvvəl, İordaniyada keçirilən SOFEX-2010 sərgsində də bir neçə şirkətlə müqavilələr imzalandı. O müqavilələrin icrası barədə nə deyə bilərsiniz?
- Biz İordaniyada keçirilən sərgidə zirehli gödəkcələrin və dəbilqələrin birgə istehsalına dair müqavilə imzaladıq. Artıq o müqavilə qüvvədədir və «Radioquraşdırma» zavodunda həyata keçirilir. ASELSAN-la imzaladığımız iki illik müqavilənin birinci hissəsi icra olundu. İkinci mərhələsi də bu il icra olunacaq. Azərbaycandan döyüş sursatlarının alınmasına dair imzalanmış protokolların icrasına gəlincə, deyə bilərəm ki, ötən dövrdə sınaq mərkəzimiz hazır olmadığına görə, təəssüf ki biz o testləri keçirə bilmədik. Artıq bu İDEX sərgisində həmin şirkətlər bizə yenə müraciət etdilər. Artıq beynəlxalq standartlara cavab verən sınaq mərkəzimiz hazırdır. Qərara aldıq ki, qayıdandan sonra həmin şirkətlərlə bu sahədə işlərimizi davam etdirək.
- Türkiyənin Makina və Kimya Sənayesi Şirkəti (MKEK) ilə imzalanmış yeni müqavilə barədə nə deyə bilərsiniz? Bu müqavilə özündə nələri etiva edir?
- MKEK-lə iki istiqamətdə əməkdaşlığı planlaşdırırıq. Bunlardan birincisi atıcı silahların istehsalıdır. Digəri isə MKEK-in Azərbaycandan döyüş sursatları alması ilə bağlıdır. Protokollarda bu məsələlər əksini tapıb. Atıcı silahların istehsalı deyəndə bura birincisi 12,7 mm çaplı «İstiqlal» snayper tüfənginin istehsalı daxildir. Artıq biz bu silahın yaradılması mərhələsini başa çatdırmışıq. İlin sonuna qədər bu snayper tüfənginin seriyalı istehsalı həyata keçiriləcək. Seriyalı istehsalda MKEK də iştirak etmək istəyir. Bundan əlavə, biz MKEK-in revolver tipli qumbaraatanların və bu silahın döyüş sursatlarının birgə istehsalını həyata keçirəcəyik. Yaxın günlərdə bu layihənin icrasına başlanılacaq.
- Müqavilədə MP5 avtomatlarının istehsalı da nəzərdə tutulur.
- MP5 avtomatlarının istehsalına dair Çexiyanın bir şirkəti – «Çeska Zbrojovka» ilə də danışıqlar aparmışıq. Çexlərin istehsal etdikləri avtomat «Scarpion» adlanır və demək olar ki, MP5 avtomatları eyni silahdır. Razılaşmaya əsasən onun da nümunələri Azərbaycana gətiriləcək. Bakıda MKEK və Çexiya şirkətinin mütəxəssislərinin iştirakı ilə silahların testləri keçiriləcək. Hansı texniki cəhətdən üstün olsa ona da üstünlük verəcəyik.
- Azərbaycanın istehsal etdiyi silahlar və döyüş sursatları NATO standartlarına nə dərəcədə cavab verir?
- Azərbaycan ordusunda olan hərbi texnika və silahlar sovet standartlarına uyğundur. Amma buna baxmayaraq, gətirdiyimiz texnologiyalarda, eyni istehsalat xəttində həm sovet, həm də NATO standartlarına uyğun məhsulların istehsalı həyata keçirilir.
- Necə düşünürsünüz, sovet standartlarından tam şəkildə nə zaman imtina oluna bilər? Bu standartlarda istehsal olunan silah və texnikalar rəqiblərindən çox geri qalır.
- Mən bu fikirlə razı deyiləm. Sovet dövründən qalan bəzi silahlar var ki, texniki göstəriciləri NATO standartlarına cavab verən silahlarla müqayisədə çox yüksəkdir. Məsələn, «Makarov» tapançası, kalibri 9x18 mm-dir. Biz eyni istehsal xəttində həm 9x18 mm, həm də NATO ordularında istifadə olunan 9x19 mm çaplı güllələri də istehsal edirik. Bizim silahlar hazırlanarkən yerli şərait, xüsusilə də Qarabağ şəraitində döyüş apara bilmə imkanları da nəzərə alınıb.
- Proqnozlarınız varmı, Azərbaycan nə vaxta qədər ordunu tam olaraq milli atıcı silahlarla təchiz edəcək?
- Buna çox uzun müddət lazımdır. MSN-in yarandığı 5 ildir. Ordumuzun silah, sursat və hərbi texnika ilə təmin olunması istiqamətində işlər görürük. Bunlar mərhələli şəkildə həyata keçirilir. Birinci mərhələdə biz iqtisadi cəhətdən səmərəli olan layihələri həyata keçiririk. Hərbi texnikaların, aviasiya vasitələrinin istehsalı iqtisadi cəhətdən səmərəli deyil. Bu işləri son mərhələdə həyata keçirəcəyik. Birinci növbədə, bu gün Azərbaycan Ordusuna lazım olan silah və sursatların istehsalı ilə məşğuluq. 2012-ci ilin sonuna 5.45x39 mm çaplı güllələrdən tutmuş tank və artilleriya silahları üçün də döyüş sursatlarının seriyalı istehsalına malik olacağıq.
- Bir müddət əvvəl qeyd etmişdiniz ki, lazer başlıqlı tank əleyhinə raketlərin də istehsalını bu il reallaşdırmaq niyyətindəsiniz.
- Tank əleyhinə lazer başlıqlı raketlərin istehsalına dair Cənubi Afrika Respublikasının məşhur «Denel» şirkəti ilə danışıqlar apardıq. İDEX sərgisində biz «Denel»in nümayəndəsi ilə bir daha görüşdük. Həmin layihənin qısa zamanda Azərbaycanda həyata keçirilməsi üçün vacib məsələləri həll edib, işə başlamağı qərara aldıq.
- Bu il MSN-də neçə istehsal sahəsinin yaradılması nəzərdə tutulur?
- Bu il 8 yeni istehsal sahəsinin açılışını planlaşdırırıq. Bu sırada müxtəlif tipli döyüş sursatları, təlim sursatlarının doldurulması, kapsulların istehsalı, sınaq mərkəzi, iri çaplı döyüş sursatlarının utilizasiyası üçün istehsal sahəsinin yaradılması var. Biz yaxın zamanlarda bölgədə analoqu olmayan bir hərbi sənayeni yaratmağı hədəfləyirik.
- ROKETSAN şirkəti ilə 107 və 122 mm çaplı, artırılmış mənzilli raketlərin istehsalına dair müqavilə imzaladınız. 122 mm-lik artırılmış mənzilli raketlərin sovet standartlarına uyğun, mövcud «Qrad» sistemlərindən atılması nə dərəcədə effektiv olacaq?
- Bizdə 107 mm çaplı reaktiv raketlər istehsal olunur. Onların uçuş uzaqlığı 8 km-dir. ROKETSAN-la bağladığımız müqavilədə onun uzaqlığını 11 km-ə çatdıracağıq. Mövcud 122 mm çalı raketlərdə məsafə 22 km-dir. Amma ROKETSAN lisenziyası əsasında istehsal olunanlarda bu məsafə 40 km təşkil edəcək. Siz dediyiniz məsələ hesablamalarda nəzərə alınıb. Bu raketlər üçün ROKETSAN-la birgə ayrıca buraxılış qurğusu da istehsal ediləcək.
- ROKETSAN-ın bu raketləri əsasən “Sakarya” sistemlərindən atılır. Eyni sistem olacaq?
- Bəli. Sonuncu layihə kompleks şəkildə olacaq.
- Ordunun silahlanmasından çıxarılmış T-55 tanklarının şassisi üzərində yeni yedək və döyüş texnikalarının istehsalı layihəniz də vardı. Bu layihə barədə nə deyə bilərsiniz?
- Bu layihə də reallaşdırılacaq. Qeyd etdiyimiz tank əleyhinə lazer başlıqlı 5 km məsafədə hədəflərə qarşı tətbiq olunacaq raketləri MT LB maşınlarının üzərində qurmağı nəzərdə tutmuşuq. Bunun üçün «Denel»in nümayəndələri Azərbaycana gələndə biz belə bir tədqiqat aparacağıq ki, MT LB üzərində neçə raket yerləşdirmək olar. Biz bununla bağlı bir neçə maşını nəzərdən keçirəcəyik. Biz eyni zamanda silahlanmadan çıxarılmış T-55-ləri tam bərpa edəcəyik. Modernizə olunduqdan sonra onların üzərində müxtəlif silah sistemləri qurulacaq. Hazırda biz həmin maşınları Bakı Maşınqayırma Zavodunda bərpa edirik. Yaxın vaxtlarda o zavodun da açılışı olacaq. Qeyd edim ki, o maşınlar üçün CAR şirkəti ilə birlikdə bizim nazirlik bir özəl qüllə də hazırlayıb. Həmin qüllələrdə 14.5 mm çaplı pulemyot və 30 mm çaplı topun qurulması nəzərdə tutulur. Eyni zamanda qüllənin idarə olunması atış sistemlərinə qədər avtomatik şəkildə həyata keçiriləcək.
- «Paramount Group» şirkəti Azərbaycan heyətinə «Mbombe» döyüş maşınının prezentasiyasını keçirdi. «Paramount Group»la əməkdaşlıq çərçivəsində bu maşının Azərbaycanda istehsalı mümkündürmü?
- Biz hazırda «Matador» və «Marauder»in istehsalını həyata keçiririk. Amma bu texnikaların təyinatı başqadır – yəni onlar canlı qüvvəni, silah və sursatı daşımaq üçündür. «Mbombe» isə döyüş maşınıdır. Biz müdafiə naziri və Sərhəd Qoşunlarının komandanı ilə o maşına baxdıq. Təkliflərimizi vermişik. Bu il həmin maşından biri Azərbaycana gətiriləcək. Burada testlər keçiriləndən sonra istehsalına başlayacağıq. Bu, BTR-dən və BMP-dən dəfələrlə yüksək texniki parametrlərə malik döyüş maşınlarıdır. Bizim “Paramount Group”la əməkdaşlığımız normal gedir və artıq 30 maşının istehsalını tam başa çatdırmışıq. Hazırda həmin texnikaların silahlandırılması prosesi gedir. Bu maşınların üzərinə öz milli silahlarımız qurulur.
- Türkiyə ilə əməkdaşlıq barədə soruşmaq istərdim. Azərbaycan parlamenti strateji əməkdaşlığa dair müqaviləni təsdiqlədi. Bu müqavilədə hərbi sənaye sahəsində əməkdaşlıq xüsusi yer tutur. Bundan sonra, Türkiyə ilə əməkdaşlıqda nələri gözləmək olar?
- Türkiyə bizim strateji tərəfdaşımızdır, əlaqələrimiz də çox yüksək səviyyədədir. Artıq hər iki tərəfin əməkdaşlığın genişləndirilməsinə dair təklifləri var. Hazırda tərəflər bu təkliflər üzərində işləyirlər. Yeni layihələr olacaq.
- Yanvar ayında sizin Çexiyaya səfəriniz zamanı bu ölkənin firmaları ilə birlikdə L-39 və L-29 təyyarələrinin modernizəsinin həyata keçiriləcəyi barədə məlumatlar yayıldı. Bu xəbərlər nə dərəcədə doğrudur?
- Çexiyanın modernizə olunmuş «L» sinfindən L-159 təyyarələri ilə tanış olduq. Onlar bu təyyarənin Azərbaycanda yığımı və region ölkələrinə satışına dair məsələ qaldırdılar. Biz öz razılığımızı vermişik. Ancaq Çexiya dövləti tərəfindən Azərbaycana müvafiq icazənin verilməsi lazımdır. Bu istiqamətdə biz eyni zamanda Çexiyanın Xarici İşlər Nazirliyi ilə də danışıqlar apardıq. Hazırda həmin istiqamətdə işlər gedir. L-39-un modernizəsi təklif olundu və mən bu məsələni Azərbaycan Müdafiə Nazirliyi ilə görüşüb müzakirə etməyi təklif elədim.
- Azərbaycanda özəl hərbi şirkətlərin yaradılmasına maraq varmı? Bununla bağlı lisenziya verilməsi üçün sizə müraciət edənlər olubmu?
- Hələlik müdafiə sənayesində fəaliyyət göstərmək üçün müraciət edənlər yoxdur. Gələcəkdə ola bilər. Amma getdikcə ölkədə yerli hərbi sənayeyə tələbat artır. Keçən illə müqayisədə Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Nazirliyinə verdiyi sifarişlərin həcmi 7 dəfə artıb. Bu proqramı yerinə yetirmək üçün çalışırıq. Ona görə də artıq 3 növbəli iş rejiminə keçmişik.
- Sonda bu il hansı beynəlxalq sərgilərdə iştirakı planlaşdırırsınız?
- May ayında İstanbulda İDEF-2011 sərgisinə qatılacağıq. Bu sərgidə 75-76 adda müdafiə təyinatlı məhsulu əyani şəkildə nümayiş etdirməyi planlaşdırırıq. Pakistanda da bir sərgi olmalıdır.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45