Ramiz Mehdiyevin xülyasını qurduğu  “Dövlət Şurası” belə olacaqmış - DOSYE
27 oktyabr 2025 17:43 (UTC +04:00)

Ramiz Mehdiyevin xülyasını qurduğu “Dövlət Şurası” belə olacaqmış - DOSYE

1

Xəbər verdiyimiz kimi, Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktubu üzə çıxıb.

Lent.az-ın məlumatına görə, Ramiz Mehdiyev Rusiyaya göndərdiyi “Dövlət idarəetmə sistemində dəyişikliklər üçün təkliflər” başlıqlı xülyalarla dolu məktubunda “Dövlət Şurası” yaradılacağını bildirib.

“Boz kardinal” “Dövlət Şurası”nın 50 nəfərdən ibarət görkəmli və təcrübəli dövlət xadimlərinin, iqtisadçıların, hüquqşünasların, elm və mədəniyyət nümayəndələrinin təmsil olunacağını qeyd edib.

“Bu orqan seçiləcək və ümummilli səsvermə yolu ilə formalaşacaq. Şuraya Dövlət Şurasının sədri rəhbərlik edəcək, o da öz növbəsində xalq tərəfindən seçilmiş Dövlət Şurasının üzvləri tərəfindən seçiləcək. Yalnız Dövlət Şurasının üzvləri səsvermə nəticəsində sədri tutduğu vəzifədən kənarlaşdıra bilərlər.

Dövlət Şurası ölkədəki siyasi və sosial-iqtisadi proseslərə tam gücə və nəzarət mexanizminə sahib olacaq, eyni zamanda, Konstitusiya Məhkəməsi və ölkənin Təhlükəsizlik Şurası funksiyalarını yerinə yetirəcək. Dövlət Şurası parlamentin qəbul etdiyi qanun layihələrini və respublika hökumətinin qərarlarını təsdiqləyəcək, güc strukturları və məhkəmə hakimiyyəti başçıları, Mərkəzi Bank və universitet rektorları vəzifələrinə namizədlər irəli sürəcək. Buna uyğun olaraq, Şuraya parlament qanun layihələri və hökumət fərmanları ilə bağlı zəruri hallarda istifadə edə biləcəyi veto hüququ veriləcək.

Dövlət Şurasının fəaliyyəti sədr aparatı tərəfindən təmin ediləcək. Dövlət Şurasının sədri dövlət başçısı üçün nəzərdə tutulmuş bütün səlahiyyətlərdən və hüquqi toxunulmazlıqdan istifadə edəcək. Dövlət Şurasına seçkilər hər 7 ildən bir keçiriləcək və bu müddət ərzində Dövlət Şurasının üzvləri də toxunulmazlıqdan istifadə edəcəklər. Lazım gələrsə, Dövlət Şurası üzvünün mandatı Şura üzvlərinin səsverməsi nəticəsində Dövlət Şurası sədrinin tələbi ilə dayandırıla bilər. Dövlət Şurasının üzvləri bu orqanda olduqları müddətdə elmi və pedaqoji istisna olmaqla hər hansı fəaliyyətlə məşğul olmaq hüququna malik olmayacaqlar və yalnız Dövlət Şurasına hesabat verəcəklər".

Yəqin ki, Ramiz Mehdiyev xülyasını qurduğu “Dövlət Şurası”nın “sədri” rolunda da özünü görürmüş.

Xüsusi qeyd etmək yerinə düşər ki, belə bir planı həyata keçirmək nə Ramiz Mehdiyevin, nə də onun əlaqə qurduğu dairələrin imkanında deyil. Sadəcə, buna cəhd etmək onun əsl riyakar xislətini nümayiş etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 942

Oxşar yazılar