ABŞ-ın dövlət borcu 38 trilyon dolları   keçdi
03 noyabr 2025 07:32 (UTC +04:00)

ABŞ-ın dövlət borcu 38 trilyon dolları keçdi

0

Bu ilin 2 avqust tarixində rekord həddə - 37 trilyon dollara çatan ABŞ-ın dövlət borcu 82 gündə daha 1 trilyon dollar artaraq 38 trilyon dolları keçib.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama verib.

Açıqlamaya görə, 22 oktyabr tarixinə olan məlumata görə, ümumi borc 38 trilyon dolları keçib.

Maliyyə siyasəti üzrə ixtisaslaşmış beyin mərkəzi olan Piter G. Piterson Fondunun açıqlamasına görə  bu o deməkdir ki, ABŞ-da adambaşına 111.000 dollar borc var.

Beyin mərkəzi həmçinin ABŞ-ın xarici borcunun Çin, Hindistan, Yaponiya, Almaniya və Böyük Britaniya iqtisadiyyatlarının ümumi daxili məhsuluna bərabər olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar