Məzahir Pənahov: “Nardaranda bələdiyyənin formalaşması nardaranlılardan asılıdı”
24 avqust 2009 15:30 (UTC +04:00)

Məzahir Pənahov: “Nardaranda bələdiyyənin formalaşması nardaranlılardan asılıdı”

Bələdiyyə seçkisinin vaxtı tam dəqiqləşməsə də, prosesin bu ilin dekabr ayının ortalarında keçiriləcəyi təxmin edilir. Lent.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, seçkinin dəqiq vaxtı sentyabr ayında bilinəcək.

Hazırda Azərbaycanda 1718 bələdiyyə var. Bununla yanaşı, MSK-ya 2004-cü ildən sonra seçki keçirilmiş 6 bələdiyyədən də əsas seçkilərə qoşulmaq barədə müraciət daxil olub. Səlahiyyəti çatmamış bələdiyyələrin müraciətləri MSK-da müzakirə olunduqdan sonra müvafiq qərar veriləcək.

Bu il keçiriləcək bələdiyyə seçkilərindən sonra Bakının Nardaran qəsəbəsində bələdiyyənin formalaşmasına gəlincə, M.Pənahov belə deyib: “Bu, Nardaran sakinlərinin özündən asılıdı”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655

Oxşar yazılar