Qazaxıstanda dini liderlərin qurultayı başlayıb
Qazaxıstanın paytaxtı Astana şəhərində dünya dinləri və ənənəvi dinlərin liderlərinin III qurultayı başlayıb.
APA-nın Qazaxıstan və Mərkəzi Asiya üzrə müxbirinin verdiyi məlumata görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə ilk qurultay 2003-cü ildə, ikinci qurultay isə 2006-cı ildə yenə Astanada keçirilib. III qurultayda dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın nümayəndə iştirak edir.
Azərbaycan nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli və Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Müqəddəs Payızovdan ibarətdir.
Qurultayın fəxri qonaqları sırasında İsrail prezidenti Şimon Peres, Türkiyənin dövlət naziri Faruk Çelik, UNESCO İcraiyyə Komitəsinin sədri Olabiy Babalola Jozef Yay, ATƏT-in baş katibi Mark Perrin de Brişambo, Birləşmiş Ərəb Əmirlikləri prezidentinin dini işlər üzrə məsləhətçisi Seyid Əli əl-Haşimi, İspaniyanın xarici işlər naziri Miqel Anhel Moratinos da var.
Roma katolik kilsəsinin Papa Şurasının fəxri prezidenti Rodjer Etçeqaray dünya liderlərinin Qazaxıstana toplaşmasına münasibət bildirərək deyib: “Qazaxıstan münaqişələrin həllində sülh yolunu göstərə biləcək bir ölkə və buna dair nümunədir. Dünyada dini münaqişələrin baş verməməsi üçün Qazaxıstanın təcrübəsindən istifadə etmək lazımdır.”.

974