Jan-Pol Kosta “Çıraqov və başqaları Ermənistana qarşı” işinə münasibət bildirib
APA-nın Avropa bürosunun məlumatına görə, məhkəmə sədri müxtəlif məsələlərlə yanaşı, APA-nın “Çıraqov və başqaları Ermənistana qarşı” işinə dair sualını da cavablandırıb.
O, 2010-cu ilin 15 sentyabrında AİHM-də simmetrik xarakter daşıyan iki şikayətlə bağlı dinləmələrin keçirildiyini bildirib: “Bilirsiniz, həmişə münaqişələrin acı nəticələrini mülki, sadə insanlar çəkir. Ötən əsrin 90-cı illərində başlayan münaqişələrin bəziləri “dondurulmuş” və ya “soyuqlaşdırılmış” vəziyyətdə qalır. Sözügedən şikayətlərlə bağlı AİHM bir neçə aydan sonra, çox güman ki, bu ilin yayına qədər qərar verəcək. Tarixlə bağlı öhdəlik götürmək istəmirəm. Lakin hər iki tərəfdən məhkəməyə göndərilən şikayətlər dövlətlərarası şikayətlərə oxşayır, onların kökündə dövlətlər arasındakı fikir ayrılığı durur. Belə şikayətlərə baxmaq, AİHM-in funksiyalarına bir qədər uyğun deyil. Bu cür siyasi problemlər hüquqi deyil, siyasi yolla daha asan həll olunur. Biz Beynəlxalq Ədalət Məhkəməsi deyilik. Lakin bir halda ki, məhkəməyə şikayətlər daxil olub, onları nəzərdən keçirib qərarımızı verəcəyik”.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59