“ABŞ Dağlıq Qarabağ münaqişəsi üzərində daha ciddi işləyəcək”
“Amerikanın dövlət katibi birmənalı olaraq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi yeni administrasiya üçün mühüm əhəmiyyət kəsb edir”.
Bu sözləri ABŞ dövlət katibi Hillari Klintonla Dövlət Departamentində keçirilən görüşdən sonra jurnalistlərə açıqlama verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
APA-nın ABŞ bürosunun brifinqdə iştirak edən əməkdaşının sualının cavabında E. Məmmədyarov bildirib ki, görüşdə ilk növbədə Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olub: “Dövlət katibi dedi ki, tez irəliləyiş əldə olunması üçün məsələ üzərində daha ciddi işləyəcəklər. Bilirsiniz ki, mayın 7-də Praqada Azərbaycan və Ermənistan prezidentlərinin görüş olacaq, ondan sonra bəlkə nazirlər səviyyəsində bir-iki görüşümüz oldu, həmsədrlər də regiona gəlməlidirlər. Amma dövlət katibi birmənalı bildirdi ki, Obama Administrasiyası bu işdə ciddi irəliləyişə nail olunmasında çox maraqlıdır”.
E. Məmmədyarov Türkiyə ilə Ermənistan arasında elan olunan “Yol xəritəsində” Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəanın olub-olmaması barədə suala cavab olaraq, görüşdə bu məsələni müzakirə etmədiklərini deyib, bunu Türkiyə diplomatlarından soruşmağı lazım bilib.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri H. Klintonla danışıqlarda qaz və regional məsələlərlə yanaşı, Gürcüstanda ötən gün baş vermiş hərbi qiyamın da diqqət mərkəzində olduğunu qeyd edib. E. Məmmədyarov sonuncu məsələnin regional təhlükəsizlik mövzusu olduğunu və xanım Klintonda ciddi narahatlıq yaratdığını deyib.
Nazir Dağlıq Qarabağ münaqişəsinin Türkiyə-Ermənistan yaxınlaşması ilə paralel getdiyini bildirərək, xanım Klintonun Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verdiyini vurğulayıb.
E. Məmmədyarov görüşdə Azərbaycanda xarici radiostansiyaların fəaliyyətinin məhdudlaşdırılması məsələsinə də toxunulduğunu söyləyib: “Lakin bu məsələ ilə bağlı danışıqlar XİN səviyyəsində deyil, radiostansiyalarla Azərbaycanın Milli Televiziya və Radio Şurası arasında aparılır”.

1117