Adil Qeybulla: “İsa Qəmbərin ifadəsinə etiraz edirəm”
“Nüşabə Sadıxlının Müsavat Məclisinin sessiyasında mənim barəmdə işlətdiyi ifadələrlə bağlı heç nə demək istəmirəm, çünki onun ifadələrinə əhəmiyyət vermirəm. O səviyyəsinə uyğun nəsə deyibsə, mənim üçün əhəmiyyətli deyil. Ancaq cəmiyyətdə təmkini, səbri və etikası ilə seçilən bir siyasətçinin – İsa Qəmbərin leksikonunda bu cür ifadələrin meydana gəlməsi xeyli narahatedici əlamətdir. Açığı, bu sözləri ona yaraşdırmıram. İkincisi, hər bir adam öz ifadələrində diqqətli olmalıdır. Çünki hansısa partiyadan getmək, orada qalmaq, yaxud nəyəsə etiraz etmək heç vaxt şərəf məsələsi sayıla bilməz. Bunu heç kim unutmamalıdır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının və Məclisinin üzvü Adil Qeybulla deyib. O, hər kəsə danışarkən səbrli olmağı tövsiyə edib: “İnsanlar var ki, 20 illik münasibətlərin üstündən bir dəqiqənin içində xətt çəkməyin acıdırlar. Mən bu cür adamların problemlərini də başa düşürəm. Ancaq şəxsən mən bütün məsələlərdə əxlaq kriteriyasını üstün tutmuşam. Bunu hər kəs bilir. Mənim haqqımda cürbəcür düşünənlər var, guya hakimiyyətə qarşı yumşaq münasibət göstərirəm və s. İstənilən halda mən öz yolumu gedirəm. Bu yol ziyalılıq və müsavatçılıq yoludur. Müsavatçılıq hələ Müsavat Partiyasında olmaq demək deyil, Müsavat Partiyası da müsavatçılığı inhisara ala bilməz. Biz partiyada olan nöqsanlara qarşı sözümüzü demişik, həmişə də deyəcəyik. Bu, həm də müsavatçılığın tələbidir”.
A. Qeybulla bildirib ki, Müsavat başqanı İsa Qəmbərin partiya Məclisinin dekabrın 26-da keçirilən sessiyasında “şərəfsiz” kimi təhqiramiz söz işlətməsi bir çox məsələdən xəbər verir: “Bu, həm də psixoloji durum deməkdir. Bu psixoloji durumda, bu ovqatda çox uzağa getmək olmaz. Mən bu ifadələrə etiraz edirəm və o ifadəni şəxsən İsa Qəmbərə yaraşdırmıram. Bir şeyi də deyim ki, o məni təhqir edə bilməz. Ona da çox söz ünvanlanıb zaman-zaman. Məclisin tribunasından istifadə edib bu cür ifadələr işlətmək düzgün deyil. Həm də təhqir etmək ən asan işdir, bu, primitiv yoldur. Mən primitiv yol tuta bilmərəm”.
A. Qeybulla deyib ki, Müsavat Məclisinin dekabrın 26-da keçirilən iclasında ortaya xeyli düşündürücü məsələlər çıxıb: “Leksikona bu cür ifadələrin gəlməsi və s. çox narahatedici məsələlərdir. Artıq müxalifətdəki siyasi partiyalarda da müəyyən avtoritarlıq meyllərinin müşahidə olunması xeyli narahatlıq doğurur və bunun Müsavat kimi bir partiyada ortaya çıxması da düşündürücüdür. Bununla bağlı müəyyən müddət ərzində səbrli olmaq lazımdır. Mənim üçün bir sıra məsələlər aydın idi, bir az da aydınlaşdı. Ancaq daha aydınlaşmalı olan məsələlər var”. O, Müsavat Partiyasının gələn ilin birinci yarısında keçiriləcək qurultayına qədər partiyada qalıb-qalmayacağını isə hələlik bilmədiyini söyləyib.
Xatırladaq ki, Müsavat Partiyası Məclisinin dekabrın 26-da keçirilən sessiyasında Məclis üzvü Nüşabə Sadıxlı A. Qeybullanı tənqid edib. Müsavat başqanı İsa Qəmbər isə N. Sadıxlının fikirləri ilə razılaşaraq, adını çəkmədən A. Qeybullanın ünvanına bəzi tənqidlər səsləndirib. O deyib ki, Müsavat kimi partiyanın şərəfi, ləyaqəti ilə oynamaq şərəfsizlikdir: “Hər bir müsavatçı partiyanın seçkili orqanına namizədliyini irəli sürə bilər. Kimlərinsə getməsi ilə Müsavat Partiyasına heç nə olan deyil. Gedənləri də, getməklə bağlı anons verənləri də görmüşük. Müsavatın şərəfi, ləyaqəti ilə oynamayın”.

571