“Qarabağ kimi “boz zonalar” cinayətkarlıq üçün böyük potensial yaradır”
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin oktyabrın 5-6-da Soçidə keçirilmiş Birinci Beynəlxalq Görüşündə “Transmilli cinayətkarlıq, onun ən təhlükəli növləri arasında qarşılıqlı əlaqə” mövzusunda müzakirələrdə çıxışı zamanı deyib.
R.Mehdiyev bildirib ki, ölkənin münbit coğrafi mövqeyi, Avropa ilə Asiya arasında ticarət-nəqliyyat və kommunikasiya yollarının kəsişməsində yerləşməsi, stabil inkişaf edən müasir iqtisadiyyatı, reallaşdırdığı irimiqyaslı enerji, nəqliyyat və digər layihələr təkcə əlverişli iqtisadi mühit formalaşdırmır, həm də qanunsuz fəaliyyətini genişləndirmək, gəlirlərini artırmaq üçün istənilən imkandan istifadə edən, daim yeni marşrut və bazarlar axtaran müxtəlif növ kriminal strukturları cəlb edir: “Buna görə də Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında və Hərbi Doktrinasında Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı ilə yanaşı, beynəlxalq terrorçuluq, narkotik maddələr və silah-sursatın qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və insan ticarətinin ölkənin milli təhlükəsizliyinə qarşı təhdid qismində qeyd olunması tam qanunauyğundur. Azərbaycan torpaqlarının bir hissəsinin işğalı kontekstində beynəlxalq mütəşəkkil cinayətkarlıq fəaliyyətindən qaynaqlanan təhlükələri təsadüfən sadalamadım. “Boz zonalar” adlanan ərazilərdə terrorçu qruplaşmaların müxtəlif profilli kriminal təşkilatlarla birləşməsi cinayətkarlıq üçün böyük potensial yaradır və ən təhlükəli tendensiyalardan biridir. Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik Azərbaycanın daha yeddi rayonu ərazisində məhz belə nəzarət olunmayan zona yaradılıb. Daxil olan operativ məlumatlar və sübuta yetirilmiş faktlar göstərir ki, bu ərazi, o cümlədən Azərbaycan-İran sərhədinin faktiki olaraq Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik hissəsi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan alveri, qeyri-leqal miqrasiya, terrorçular üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. Bu zona milli və beynəlxalq hüququn təsir dairəsindən kənarda olduğuna görə qeyd olunan təhlükələrə qarşı vaxtında və adekvat reaksiya vermək mümkünsüzdür. Buna görə də biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərə milli və regional təhlükəsizliyin təminatı, terrorçu fəaliyyət və digər təhlükələrin aradan qaldırılması işinin bir hissəsi kimi baxırıq”.
Ramiz Mehdiyev qeyd edib ki, Azərbaycan beynəlxalq antiterror koalisiyasının aktiv üzvü kimi terrora qarşı mübarizədə aktiv iştirakını davam etdirir: “Son illər ərzində ölkəmizin xüsusi xidmət orqanlarının effektiv fəaliyyəti nəticəsində “Əl-Qaida”, “Hizbullah”, “Taliban” kimi terrorçu və radikal-ekstremist qruplaşmaların Azərbaycandakı özəkləri zərərsizləşdirilib. Qanunsuz dövriyyədən böyük miqdarda narkotik maddə və silah çıxarılıb. Biz qanunsuz miqrasiyanın və insan ticarətinin qarşısının alınması işində ciddi nailiyyətlər əldə etmişik. Bununla belə aydındır ki, nə qədər böyük iqtisadi, insan və digər resurslara malik olsa belə, ayrıca bir dövlətin səyləri transmilli cinayətkar təşkilatlara qarşı durmaq üçün kifayət etmir. Hesab edirəm ki, nəticə aydındır – bu sahədə beynəlxalq əməkdaşlığını daha da inkişaf etdirilməsinin alternativi yoxdur. Bu əməkdaşlıq bütün səviyyələrdə - ikitərəfli, regional və qlobal səviyyələrdə möhkəmləndirilməli, transmilli cinayətkarlığın səbəbləri, mexanizmləri və nəticələrinin analizi üçün informasiya toplanması, qarşılıqlı hüquqi yardım, aktivlərin müsadirə olunması və qaytarılması, ekstradisiya praktikası və digər sahələri əhatə etməlidir”.

713