Siyəzəndə yüksək gərginlikli elektrik xətti qırılıb.
Lent.az xəbər verir ki, Sədan kəndinin ərazisində elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində kənd sakini, 1990-cı il təvəllüdlü Seymur Nəcməddin oğlu Əhmədovu və ona məxsus 25 000 manat dəyərində 6 baş inəyini elektrik cərəyanı vurub.
6 baş inək tələf olub, xəstəxanaya yerləşdirilmiş S.Əhmədovun vəziyyəti qənaətbəxşdir.
Araşdırmalar aparılır.