Ermənilər Türkiyə ilə sərhədin açılmasını istəmir!
Ermənistanda aparılan sosioloji araşdırmaya görə, ölkə əhalisinin əksər hissəsi Türkiyə ilə sərhədlərin açılmasına qarşıdır. Lent.az Türkiyənin hurhaber.com saytına istinadən xəbər verir ki, paytaxt İrəvanın küçələrində aparılan sorğuya qatılan ölkə vətəndaşlarından 70%-i “Sözdə soyqırım siyasətindən imtina etmə və Azərbaycan torpaqlarından çəkilmə məqsədini ortaya qoyan Türkiyə idarəçiliyi Ermənistandakı neqativ imicdən qurtula bilməz” şərhini verib.
Respondentlərin 20%-i rəsmi Ankaranın son anda sərhədləri açmaq qərarından imtina edəcəyini düşünür. Qalan 10% respondent isə bu suala cavab verməkdə çətinlik çəkdiyini deyib.
Bundan başqa, "tert.am" saytında da erməni diaspor nümayəndələri buna bənzər bir araşdırma aparıb.
“Türkiyə-Ermənistan sərhədləri nə vaxt açılacaq” sualına cavablandıranların 40%-i “Qarşıdakı 3 ildə açılmayacaq”, 8%-i isə “Sərhədin açılması Ermənistanın ziyanına olacaq” cavabını seçib.
Sərhədlərin qısa müddətdə açılacağını düşünənlərin sayı sorğuya qatılanların 5%-indən az olub.
Pərvin ABBASOV

1189