Goranboyda AĞIR QƏZA:  ölən və yaralananlar var-YENİLƏNİB
01 may 2026 01:15 (UTC +04:00)

Goranboyda AĞIR QƏZA: ölən və yaralananlar var-YENİLƏNİB

0

Goranboyda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Lent.az xəbər verir ki, qəza nəticəsində 2003-cü il təvəllüdlü İlkin Cəfərov hadisə yerində həyatını itirib.

Hadisə zamanı 2006-cı il təvəllüdlü Cavad Əliyev xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.



***
00:18

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb.

Qəza yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.



Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 553

Oxşar yazılar