Osmanlı paşasının kitabı Bakıda hərraca çıxarıldı  - Sovet dövrü qadağan olunmuşdu
30 aprel 2026 17:13 (UTC +04:00)

Osmanlı paşasının kitabı Bakıda hərraca çıxarıldı - Sovet dövrü qadağan olunmuşdu

0

Osmanlı paşası Əhməd Camal Paşanın əsəri Bakıda hərraca çıxarılıb.

Lent.az xəbər verir ki, hərraca çıxarılan “Camal Paşanın Xatirələri” adlı 236 səhifəlik kitab 1928-ci ildə Bakıda Əski Azərbaycan yazısında çap olunub. Hərracın başlanğıc qiyməti 5 manatdır. Növbəti artımlar üçün də minimum məbləğ 5 manat nəzərdə tutulub.

Qeyd edək ki, ittihad və tərəqqi liderlərindən olan Əhməd Camal Paşa Osmanlının son dövrünün ən güclü paşasından biridir. “Camal Paşanın Xatirələri” kitabı 1913-1922-ci illər - Balkan müharibələri, I Dünya Müharibəsi və Osmanlı imperiyasının dağılması dövrünü əhatə edir. Camal Paşa 1914-1917-ci illərdə Suriya və Fələstin cəbhəsinin komandanı, Dəniz Donanmasının komandanı olub. O, Süveyş kanalı hərəkatı, Ərəb üsyanı, erməni məsələsi barədə birbaşa şahid kimi yazıb. 

Bildirilir ki, sovet dövründə bu kitab qadağan olunub. Səbəbi Cəmal Paşa “pantürkist” və “əks-inqilabçı” olması ilə bağlı olub. Ona görə də hərraca qoyulan bu kitabın nüsxələri az qalıb.

Hərrac bu gün axşam saat 23-də bitir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar