Qadın səhnəyə çıxıb məşhur müğənnini  dodağından öpdü -  VİDEO
30 aprel 2026 19:20 (UTC +04:00)

Qadın səhnəyə çıxıb məşhur müğənnini dodağından öpdü - VİDEO

0

Konsert zamanı bir qadın pərəstişkarı qəfil səhnəyə atılaraq Enrike İqlesiasa yaxınlaşıb və onu dodağından öpüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ilk anlarda ciddi təəccüb yaşayan ulduz, daha sonra bu vəziyyətə reaksiya verməyərək pərəstişkarı ilə səmimi selfi çəkdirib.

Enrike İqlesias həmin anların görüntülərini milyonlarla izləyicisi olan "X" hesabında paylaşıb. O, paylaşımına bu sözləri əlavə edib:

"Bu, tam bir çılğınlıq idi, hər şey nəzarətdən çıxdı!"

Həm konsert zalındakı tamaşaçılar, həm də sosial media istifadəçiləri müğənninin bu səmimi və gözlənilməz davranışına fərqli reaksiyalar veriblər. Görüntülər qısa müddət ərzində minlərlə baxış və şərh toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar