Rəqibini yumruqlayan qapıçıya  heç vaxt unuda bilməyəcəyi  CƏZA
30 aprel 2026 17:27 (UTC +04:00)

Rəqibini yumruqlayan qapıçıya heç vaxt unuda bilməyəcəyi CƏZA

0

"Real Saraqosa"nın argentinalı qapıçısı Esteban Andrada rəqib oyunçu Xorxe Pulidoya yumruq vurduğuna görə 13 oyunluq sərt cəza ilə üzləşib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Hueska" və "Real Saraqosa" arasında keçirilən derbidə ikinci sarı vərəqə ilə meydandan qovulan Andrada qərardan sonra özünü itirib. Argentinalı qapıçı rəqib oyunçu Xorxe Pulidoya yaxınlaşaraq onu yumruqlayıb.

Hadisədən sonra meydanda gərginlik artıb və oyunçular arasında qısamüddətli dava başlayıb. Andradanın hərəkətləri intizam komitəsinin sərt cəzasına səbəb olub. İntizam komitəsi Andradaya rəqibinə fiziki hücum etdiyinə görə 13 oyunluq cəza verib. Bu o deməkdir ki, o, mövsümün qalan hissəsini buraxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar