Referendumda seçicilərin 52,47 faizi iştirak edib
18 mart 2009 16:30 (UTC +04:00)

Referendumda seçicilərin 52,47 faizi iştirak edib

MSK üçüncü rəsmi məlumatı açıqladı

Mərkəzi Seçki Komissiyası referendumda seçici fəallığı ilə bağlı ilk məlumatı açıqlayıb. Lent.az-ın Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən ”Seçkilər” İnformasiya Mərkəzindəki müxbiri xəbər verir ki, saat 15.00-a olan rəsmi məlumata görə, ölkə üzrə seçici aktivliyi 52,47 %-dir. Bu isə referendumda 2 milyon 567 min 539 seçicinin iştirak etməsi deməkdir.

Səsvermə prosesi davam edir.

Pərvin ABBASOV
# 950

Oxşar yazılar