ABŞ-ın Berkliy Universitetində Xocalı qurbanları anılıb
Soyqırımının təşkilatçısının təhsil aldığı universitetdə anım mərasimi keçirilib
ABŞ-ın Berkliy Universitetində Xocalı qurbanlarını anma mərəsimi keçirilib. APA-nın ABŞ bürosunun Amerika-Azərbaycan Şurası və Berkliy Universitetinin Türk Tələbələri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Montana Universitetinin professoru, Xocalı soyqırımı barədə Amerika mediasına ilk dəfə məlumat vermiş Tomas Qoltz, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, Milli Məclisin üzvləri Həvva Məmmədova və Asim Mollazadə, Kaliforniya Azərbaycanlıları Cəmiyyətinin sədri Samir Lütfəliyev, Amerika-Azərbaycan Şurasının sədri Cavid Hüseynov, qurumun Azərbaycan üzrə nümayəndəsi Kəmalə Paşayeva və digər şəxslər qatılıblar.
Xocalı soyqırımının anma mərasimi bir dəqiqəlik sükutla yad edilib.
Sonra professor Tomas Qoltz Xocalı soyqırımı barədə danışaraq, bu hadisənin dünya ictimaiyyətinə çatdırılması üçün səylərin artırılmasının vacibliyini qeyd edib.
Bunun ardınca millət vəkili Həvva Məmmədova müəllifi olduğu “Xocalı soyqırımı” kitabı barədə məlumat verib, Amerika-Azərbaycan Şurasının sədri Cavid Hüseynov Xocalı soyqırımı ilə bağlı Ermənistanın indiki prezidenti Serj Sərkisyan və Xocalı soyqırımının təşkilatçılarından olan məşhur terrorçu Monte Melkonyanın qardaşının insanlığa sığmayan çıxışlarını nümayiş etdirib.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub.
Mərasimdə erməni tələbələrdən biri Sumqayıt şəhərində guya ermənilərə qarşı həyata keçirdiyi hücumlar barədə sual verib. Millət vəkili Asim Mollazadə isə Sumqayıt hadisələri ilə bağlı Sovet hökumətinin rəsmi istintaq apardığını, günahkarların cəzalandırdığını qeyd edib, Xocalıda törədilənlərə isə beynəlxalq aləm tərəfindən qiymət verilmədiyini bildirib.
Qeyd edək ki, Xocalı soyqırımının əsas təşkilatçılarından olan terrorçu Monte Melkonyan 1978-ci ildə Berkliy Universitetini arxitektor ixtisası üzrə bitirib.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37