“Həmsədrlərin bəyanatı Ermənistana yönəlməlidir”
Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fevralın 19-da yaydıqları bəyanata münasibət bildirib.
APA-nın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim həmsədrlərin bəyanatda, əsasən iki məsələni qabartdıqlarını deyib: “Həmsədrlər Azərbaycanın ötən ilin dekabrında BMT-də yaydığı sənədlərə istinadən hüquqi müzakirələrə yol verməyəcəklərini və münaqişənin hərbi yollunun olmadığını qeyd edirlər. Qeyd etməliyəm ki, Azərbaycan həmin sənədləri yayarkən da, məhz birbaşa olaraq beynəlxalq hüquq norma və prinsiplərə əsaslanıb, bundan sonra da belə olacaq. Azərbaycanın əsaslandığı hüquq və prinsiplər bütün beynəlxalq sənədlərdə, o cümlədən BMT-nin Əsasnaməsində əksini tapıb. Noyabrın 2-də üç prezident tərəfindən imzalanmış “Moskva bəyannaməsi”ndə də münaqişənin məhz beynəlxalq norma və prinsiplər, onların çərçivəsində qəbul olunmuş sənəd və qərarlar üzərində həllinin mümkünlüyü qeyd olunub.
Ona görə də Azərbaycanın bu kimi addımları tam labüddür. Azərbaycan prezidenti də dəfələrlə qeyd edib ki, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, sülh yolu ilə həll isə məhz beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanmalıdır. Münaqişənin hərbi yolla həllinin olmamasına gəldikdə, məhz Ermənistan münaqişəni hərbi yolla həll etməyə çalışıb, bu gün də çalışır, Azərbaycan əraziləri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Həmsədrlərin bu kimi bəyanatı məhz Ermənistan tərəfinə yönəlməli, Ermənistandan tələb olunmalıdır ki, münaqişəni sülh yolu ilə məhz hüquqa əsaslanan həllinə çalışsın və Silahlı Qüvvələrini birmənalı olaraq Azərbaycan torpaqlarından çıxarsın”.
X. İbrahim Azərbaycanın analoji sənədi müxtəlif formalarda əvvəllər də BMT-də yaydığını qeyd edib: “Ancaq bu o demək deyil ki, həmin məsələni bir daha gündəmə gətirməməliyik. BMT çərçivəsində müxtəlif sənədlər var ki, həm BMT Təhlükəsizlik Şurası, həm də Baş Assambleyası tərəfindən qəbul edilib. Bu sənədlər də həm Təhlükəsizlik Şurasının sənədi kimi, həm də Baş Assambleyanın hazırda davam edən sessiyasının sənədlərinin 13 və 18-ci bəndi kimi yayılıb”.

1600