Əli Həsənov: “Azərbaycanlıların narahatlığı haqlıdır”
19 fevral 2009 13:30 (UTC +04:00)

Əli Həsənov: “Azərbaycanlıların narahatlığı haqlıdır”

Prezident Aparatının şöbə müdiri Türkiyə-Ermənistan danışıqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

“Təəssüf olsun ki, Türkiyənin Ermənistanla münasibətlər qurması üçün Dağlıq Qarabağla bağlı şərtindən imtina etməsi ilə bağlı mövzu bir neçə gündür, Azərbaycan mətbuatında cavabsız şəkildə birtərəfli qaydada işıqlandırılır. Bu məsələdə biz də təxminən Azərbaycan mətbuatı qədər informasiyalıyıq. Çünki “Azadlıq” radiosunun Ermənistan xidmətinin yaydığı məlumata görə, Türkiyə Ermənistanla sərhədləri açmağa, diplomatik münasibətlər yaratmağa qərar verib və bu qərarın verilməsi üçün əvvəlki mövqeyindən imtina edib. Təəssüf olsun ki, Türkiyənin rəsmi dairələri bu məlumatları nə təsdiq, nə də təkzib edir”.

APA-nın məlumatına görə, bu sözləri Prezidentin İcra Aparatı İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan ictimaiyyətinin və mətbuatının haqlı narahatlığı, narazılığı mətbuat səhifələrində görünməkdədir: “Həm mərhum Turqut Özalın zamanında, həm ondan sonrakı hökumətlər dövründə, həm Süleyman Dəmirəlin zamanında, həm də AKP dönəmində cənab Ərdoğanın bəyanatında dəfələrlə bildirilib ki, nə qədər ki, Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməyib, qaçqın, köçkünlər öz yurdlarına qayıtmayıb, Cənubi Qafqazda sülh yaranmayıb, Ermənistanla Azərbaycan arasında sülh baş verməyib, işğalçı dövlətlə heç bir siyasi, iqtisadi, mədəni və diplomatik əlaqələr qurmayacaq. Biz bu sözə inanırıq və bu gün də o fikirdəyik ki, belə olaraq da qalıb. Amma nəyə görə bu məsələyə aydınlıq gətirilmir, bunu Türkiyənin Azərbaycandakı səfirindən və digər türkiyəli dostlarımızdan soruşun”.

Ə. Həsənov Azərbaycan ictimai rəyinin Türkiyənin hakimiyyət dairələri üçün əhəmiyyətsiz olmadığına əminliyini vurğulayıb: “Azərbaycanla Türkiyə arasında münasibətlər iki dövlət arasındakı münasibətlərdən çox-çox yüksəkdədir. Biz əbədi müttəfiqlik haqqında xalqlarımıza dəfələrlə siyasi və tarixi bəyanatlar vermişik. Bu müttəfiqliyi qorumaq Türkiyənin və Azərbaycanın rəsmi və qeyri-rəsmi dairələrinin borcudur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1328

Oxşar yazılar

Ştaynmayer Şəhidlər Xiyabanında

Ştaynmayer Şəhidlər Xiyabanında

2 aprel 2025 , 10:35
Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya prezidenti Azərbaycana gəldi

1 aprel 2025 , 21:31
Azərbaycanda  maliyyə hesabatı   təqdim edən partiyaların SİYAHISI

Azərbaycanda maliyyə hesabatı təqdim edən partiyaların SİYAHISI

1 aprel 2025 , 19:49
Tramp Putini  diz çökdürə   bilər -  İDDİA

Tramp Putini diz çökdürə bilər - İDDİA

1 aprel 2025 , 19:46
Baş prokuror Vyetnamda

Baş prokuror Vyetnamda

1 aprel 2025 , 15:05
Almaniya Azərbaycandan üzr istədi

Almaniya Azərbaycandan üzr istədi

1 aprel 2025 , 08:29
Ralf Horlemann

Almaniya səfirinə SƏRT XƏBƏRDARLIQ: "Üzrxahlıq edilməlidir!"

31 mart 2025 , 19:34
Ermənistan silahlı təxribatlarını belə gizlədir

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 mart 2025 , 18:25