Metyu Brayza Araz Əzimova “milli sərvət” dedi
16 fevral 2009 14:04 (UTC +04:00)

Metyu Brayza Araz Əzimova “milli sərvət” dedi

“Dörd il həmsədr kimi fəaliyyət göstərmək ABŞ üçün qeyri-adi modeldir”

“Dörd il bu iş üçün uzun müddət sayılır, qeyri-adi dərəcədə uzun müddət. Bu, ABŞ üçün qeyri-adi modeldir. Lakin mən öz işimi sevirəm”.

Bu sözləri APA-nın ABŞ bürosuna açıqlamasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Dövlət Departamentində vəzifəsinin dəyişdiriləcəyi barədə məlumatlara münasibət bildirərkən deyib.

Dövlət katibi Hillari Klintonun lazım bildiyi vaxta qədər bu işlə məşğul olacağını qeyd edən M. Brayza “Onu da bilirəm ki, yeni işlə məşğul olmalıyam. Lakin yeni işin nədən ibarət olacağı və nə vaxt olacağını hələlik bilmirəm”, söyləyib.

M. Brayza yeni vəzifəyə təyinatı barədə ona hələlik heç bir xəbərdarlığın olunmadığını da deyib.

Dünyada Dağlıq Qarabağ münaqişəsini dərindən bilən, konfliktin təhlükəsizlik məqamlarına yaxından bələd olan az sayda mütəxəssisin olduğunu da sözlərinə əlavə edən amerikalı həmsədr bu sırada Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun adını çəkib: “Dağlıq Qarabağ münaqişəsinin bütün incəliklərini dərindən bilən, uzun illər həmin problemlə məşğul olan Araz Əzimov kimi mütəxəssis çox azdır. Ona görə mən həmişə demişəm ki, Araz Əzimov Azərbaycanın milli sərvətidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1625

Oxşar yazılar