Mollazadə və Rüstəmxanlı saziş imzalayacaqlar
0
0
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı arasında “Demokratiya” blokunu yaratmaq barədə saziş imzalanacaq. Demokratik İslahatlar Partiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, parlament seçkilərində birgə iştiraka qərar verən bu iki partiyanın sədrləri sazişi sentyabrın 6-da imzalayacaqlar.
Tədbir jurnalistlər üçün açıq olacaq və partiya sədrləri sualları cavablandıracaqlar.
Ramiz
Tədbir jurnalistlər üçün açıq olacaq və partiya sədrləri sualları cavablandıracaqlar.
Ramiz
0
0