Türkiyə səfiri: “Sərhədin müvəqqəti açılması ehtiyat variant kimi dəyərləndirilir” – MÜSAHİBƏ
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın APA-ya müsahibəsi.
- Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfərini necə qiymətləndirirsiniz?
- Hörmətli prezidentimizin Azərbaycana səfəri iki qardaş ölkə arasındakı sıx əməkdaşlığı bir daha ortaya qoyan səfərdir. Ziyarət çərçivəsində o, hörmətli prezident İlham Əliyevlə keçirdiyi təkbətək və heyətlərarası görüşlərlə yanaşı, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşdü. Bu görüşlərdə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafı və dərinləşdirilməsi üçün nələr edilə biləcəyi müzakirə edilib. Bundan başqa, Qafqazın sabit və təhlükəsiz bir bölgə olması üçün görülə biləcək tədbirlər ətraflı dəyərləndirilib. Abdulla Gülün Şəkiyə getməsi isə bu səfəri taclandırıb. O, Şəkidə gördüyü yaxınlıq, isti münasibət və sevgidən xeyli məmnun olub.
- Bəzi media orqanları səfərdən gözlənilən nəticələrin əldə olunmadığını iddia edir. Bu iddialara necə baxırsınız?
- Hörmətli prezidentimizin ziyarəti ikitərəfli və regional məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparmaq, bu çərçivədə siyasi, iqtisadi, hərbi və mədəni əlaqələrimizin inkişafını sürətləndirmək məqsədi daşıyırdı. Keçirilən görüşlər səfərin məqsədinə nail olunduğunu göstərir. Ziyarət zamanı imzalanan iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə səfərə başqa bir önəm və çəki qazandırıb. Bu çərçivədə yaxın gələcəkdə Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (Yüksək Düzeyli Stratejik İşbirliyi Konseyi) yaradılması üçün razılığa gəlinib. Bu baxımdan səfərin son dərəcə səmərəli olduğunu deyə bilərəm. İki ölkə prezidentlərinin və baş nazirlərinin qarşılıqlı səfərləri fərqli və özəl məna daşıyır.
- Ermənistanda keçiriləcək NATO təlimləri sırasında Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti də olsa açılacağı bildirilir. Abdulla Gül mətbuat konfransında bu sualı cavabsız qoydu. Sərhədlərin müvəqqəti açılması mümkündürmü?
- Hörmətli Abdulla Gülün bu sualı cavabsız qoyduğunu düşünmürəm. Bu məsələdə Türkiyənin mövqeyi dəfələrlə söylənib və açıqlanıb. Bəhs etdiyiniz təlim təbii fəlakətlərə qarşı mübarizə məqsədi daşıyır və humanitar mahiyyətdədir. Təlimin bu mahiyyəti diqqətə alınaraq və təlimdə istifadə ediləcək avadanlığın Ermənistana ölkəmiz üzərindən quru yolu ilə nəql edilməsi istiqamətində bir tələb olacağı təqdirdə hazırlıqlı olmaq məqsədilə Türkiyə-Ermənistan sərhədinin sadəcə təlim avadanlığını daşıyan maşınların keçməsi üçün istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant kimi dəyərləndirilməkdədir. Mətbuatda mövzu ilə bağlı yayılan xəbərlər və şərhlər həqiqətə uyğun deyil. Heç kim bu mövzunu başqa yerə çəkməsin. Türkiyənin Ermənistanla bağlı olan sərhədinin açılması məsələsindəki mövqeyində heç bir dəyişiklik yoxdur.
- Viza məsələsi yenə həll edilmədi. Bu problemin indiyədək həll edilməməsinin səbəbi nədir?
- Bu sualı mətbuat nümayəndələri zaman-zaman məndən soruşur, mən də cavab vermək məcburiyyətində qalıram. Türkiyə vətəndaşları da bu sualı verir. Bilirsiniz ki, Türkiyə 01.08.2007-ci il tarixindən Azərbaycan vətəndaşlarına Türkiyəyə turistik səyahətlərində viza güzəşti tətbiq etməkdədir. Bunun bənzərini də qardaş Azərbaycan tərəfdən gözləməkdədir. Bu sual mətbuat konfransında iki ölkənin prezidentinə də verildi. Prezident İlham Əliyev “bu məsələnin həlli üçün Azərbaycanda bəzi daxili prosedurların reallaşması lazımdır” dedi. Daxili prosedurların tamamlanmasının ardından Azərbaycanın Türkiyə vətəndaşlarına viza güzəşti tətbiq etməsini gözləyirik.
- Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bir neçə ay əvvəl Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya dördlü zirvəsinə hazır olduqlarını açıqlamışdı. Bu zirvə indiyədək niyə baş tutmayıb? Bu məsələ hələ də gündəmdədirmi?
- Türkiyə enerji sahəsində Azərbaycanla birlikdə əl-ələ verərək böyük işlər bacarıb və bacarmağa davam edir. Bu arada 7 iyun 2010 tarixində İstanbulda imzalanan qaz müqaviləsinin əhəmiyyətini də vurğulamaq istəyirəm. Qardaş Azərbaycanın təbii ehtiyatlarının Avropa bazarlarına çatdırılması öz-özlüyündə böyük hadisədir. Bu məsələdə ikitərəfli, regional və beynəlxalq səviyyədə fəaliyyət tələb olunur.
- Türkiyənin Azərbaycanın daha hansı şəhərlərində konsulluq açmaq planları var?
- Hazırda Gəncə Baş Konsulluğumuzun fəaliyyətə başlaması istiqamətində işlər görürük. Bu missiyaya baş konsul təyin olunub. Gəncə baş konsulumuz Haluk Ağca sentyabrın 15-də yeni vəzifəsinin icrasına başlayacaq. Baş konsulumuz Abdulla Gülün rəhbərliyi ilə Azərbaycana səfər edən nümayəndə heyətinin tərkibində idi. Ziyarətdən sonra isə birlikdə Gəncəyə gedərək, onu şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla tanış etdim. Gələcəkdə Azərbaycanın bəzi önəmli şəhərlərində fəxri konsulluqlar açmağı düşünürük.
- Azərbaycanla Türkiyə bütün sahələrdə əməkdaşlıq edir. Türkiyə NATO-nun üzvü, Azərbaycan isə bu qurumun tərəfdaşıdır. Bu çərçivədə Azərbaycanla Türkiyənin birgə hərbi təlim keçirməsi mümkündürmü? Bu məsələ hansısa səviyyələrdə müzakirə olunur?
- Türkiyə müstəqilliyini elan edəndən indiyədək qardaş Azərbaycanın yanında olub və olmağa da davam edəcək. Türkiyə Silahlı Qüvvələrinin qardaş və dost Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlığı bu çərçivədə davam etməkdədir. Aidiyyəti üzrə hərbi dairələrimizin razılığa gəldiyi təqdirdə gələcəkdə ölkələrimizin hərbi birlikləri arasında birgə hərbi təlim keçirməyimiz mümkündür.
- Baş nazir Rəcəb Tayyib Ərdoğanın Qafqazda Sabitlik və Sülh Platforması təklifinin aqibəti nə oldu?
- Gürcüstanda 2008-ci ilin avqustunda baş verən silahlı qarşıdurmanın ardından ölkəmiz tərəfindən irəli sürülən bu təklif qarşılıqlı etimad və regional siyasi dialoqun qurulması yolu ilə Qafqazdakı mövcud ixtilafların sülh yolu ilə həlli üçün lazım olan şərtlərin yaradılması məqsədini güdür. Bu çərçivədə 2 il əvvəl sıxıntılı bir dövrdə bölgə ölkələrinin xarici işlər nazirləri müavinlərinin Türkiyədə bir araya gəlməsi böyük uğurdur. Bu istiqamətdəki cəhd və fəaliyyətlərimiz davam edir.

656