JF-17 təyyarələri MiQ-29-lara rəqib olur
Bu təyyarələr yüksək manevr imkanına malikdir, müxtəlif şəraitlərdə döyüş apara bilir
Pakistan və Çinin müştərək istehsalı olan, Azərbaycanın da sifariş verdiyi JF-17 «Thunder» döyüş təyyarələri artıq dünyanın bir sıra ölkələrinin marağına səbəb olmaqla yanaşı, sifarişlər də alır.
Lent.az-ın məlumatına görə, ilk dəfə iyul ayının sonlarında Farnborouq avia sərgisində nümayiş etdirilən bu təyyarənin müştəriləri sırasına İndoneziya da daxil olub. Bu günlərdə Cakartada Pakistan və İndoneziya müdafiə nazirlikləri arasında adıçəkilən təyyarənin alqı-satqısına dair niyyət protokolu imzalanıb.
«Aviation International News» saytının məlumatına görə, hazırda JF-17 təyyarələrini sifariş vermiş ölkələr siyahısında Azərbaycan, Banqladeş, Konqo, Misir, İran, Nigeriya, Filippin, Şri-Lanka, Sudan, Türkiyə, Venesuela və Zimbabve yer alır. Farnborouq aviaşousunda beynəlxalq debütünü edən JF-17 aviasərginin təşkilatçısı olan «Catic» şirkəti tərəfindən «qiyməti münasib, çox məqsədli və manevr qabiliyyətli» döyüş təyyarəsi kimi qiymətləndirilib. Sərgiyə təyyarə «hava-hava» sinfli PL-5II PL raketlər, gəmilərə qarşı C802A raketləri, idarə olunan taktik «hava-hava» sinfli SD-10A raketi, LS-6 aviabombası, WMD-7 hədəf sistemi və KG300G döyüş radioelektronikası ilə təchiz olunmuş vəziyyətdə çıxıb.
Ekspertlərin fikrincə, yaradılmasında MiQ-29 təyyarələri əsas götürülmüş JF-17-lər beynəlxalq bazarda MiQ-29-un əsas rəqiblərindən birinə çevrilir. Təyyarənin ilk nümunələrinin Rusiya istehsalı olan RD-93 turbomühərriki ilə təchiz olunduqdan sonra, test uçuşlarında uğur qazanması və çoxsaylı sifarişlər alması rusları narahat etməyə başlayıb. Artıq MiQ-29 təyyarələrini istehsal edən «Suxoy» şirkətinin rəhbərliyi bununla bağlı etirazlara və JF-17 təyyarələrinə qarşı kampaniyalara başlayıb. Mühərrik asılılığını aradan qaldırmaq və RD-93 mühərrikindən tamamilə imtina məqsədi ilə hazırda Çinin Quyçjou Aviasiya Qrupu yeni WS-13 Taishan turbmühərrikini hazırlayır.
Pakistan və Çin mətbuatının yazdığına görə, ilk sifarişçilərdən olan Azərbaycana JF-17 «Thunder» təyyarələrinin maksimum 2015-ci ilə qədər çatdırılması planlaşdırılır. Pakistan Aeronautical Complex–ə (PAC) istinad edən xarici KİV-lər bu təyyarələrdə dünyanın ən müasir avionikasından, eləcə də Fransanın «Mirage» təyyarələrində istifadə olunan avionik sistemlərdən istifadə olunacağını yazır. Belə ki, çəkisinə görə Rusiyada və Avropada istehsal edilən döyüş təyyarələrindən yüngül olması JF-17-ni yüksək manevrli etməklə yanaşı, müxtəlif şəraitlərdə təyyarəyə döyüş aparma imkanları verir. Digər tərəfdən iki VHF/UHF radiostansiyası ilə təchiz olunan JF-17-lər komanda mərkəzi ilə yanaşı AWACS təyyarələri və başqa döyüş təyyarələri ilə məlumat mübadiləsi apara bilir.
Rəşad

Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35