Lent.az-da “Duel”: Günel Mövludla millət vəkili Aynur Camalqızı qarşı-qarşıya - POLEMİKA
“Azəri qızı Günel üstümüzə səviyyəcə Rəqsanədən də aşağı olan müğənni kimi qayıtdı”
Dilarə Əliyeva ilə söhbətimizin ayağı sayalı oldu. Dilarə xanımın özünün jurnalisti söhbətə çağırması da ənənə halını aldı deyəsən. Onunla söhbətimiz oxuculara təqdim olunan gün daha bir xanım zəng edərək, məni «Duel»ə çağırdı. Zəng edən xanım - Milli Məclisin deputatı Aynur Quliyeva (Camalqızı) idi.
Millət vəkili Dilarə xanımla olan söhbətimizdən çox xoşlandığını və özünün də belə bir layihədə iştirak etmək istədiyini dedi. Xub… Aynur xanım siyasi baxışlarına, hərəkətlərinə görə ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan xanımdır. Və ondan soruşacaq, “məhşər ayağına” çəkəcək çox şeylər var. Odur ki, tez razılaşdım və görüş gününü, yerini millət vəkilinin öz seçiminə buraxdım.
Aynur xanımın vəkili olduğu Tərtər rayonunda bir neçə günlük vacib işi varmış. “Bəlkə səni də özümlə aparım, elə söhbətimizi də orada eləyək? Amma bəri başdan deyim ki, mənim atam sadə kişidir, yəni orada ifrat rahatçılıq-zad yoxdur. Narahat olmayacaqsansa, gedək…»
Əlqərəz, elə səhəri gün Aynur xanımla Tərtərə yola düşdük. Atası Camal kişinin evinə getdik, ailəsi ilə tanış oldum. Üzümüzə xoş üzlə baxıb, süfrələrində duz-çörəklə qarşıladılar. Burada bir haşiyə çıxım ki, məmnuniyyətlə millət vəkilinin ailəsindən, evlərindən reportaj yazardım, amma səd heyf ki, səfərimizin məramı-məqsədi bu deyildi.
Aynur xanım səfər ərzində millət vəkilliyini bir tərəfə buraxıb, qonaqpərvər ev sahibəsi kimi davrandı, qayğıma qaldı. Birlikdə kənd bulağından su gətirdik, dovğalıq yarpız yığdıq. Məişət, evdarlıq, kosmetika və s kimi xırda məsələlərlə bağlı bir-birimizə qadın məsləhətləri verdik.
Və Tərtərdə keçirdiyimiz günlərin birində, günorta çağı, elə qəflətəncə «Duel»ə start verdim: “Baxın, Aynur xanım, evinizdəyəm, qonağam, amma bunun bizim «Duel»ə qətiyyən dəxli yoxdur. İncimək-filan olacaqsa, vaz keçək”.
Millət vəkili, əmin-arxayın dedi ki, çəkinəcəyi heç nə yoxdur və nəyi soruşmaq, nə barədə danışmaq istəyirəmsə, sözümü rahat deyə bilərəm. Aynur xanımla da diktofonsuz danışdıq. Nədən ki, bu cihazda nə varsa, onu quraşdıran kimi, bir dəqiqə əvvəl maraqlı şeylər danışan adam beyqəfil elə dəyişir ki, onu tanıya bilmirsən. Amma diktofon quraşdırmasam da, aramızdakı söhbət elə rahat ritmlə davam elədi ki, sonda müasir texnologiyaya bir az da yuxarıdan aşağı baxmağa başladım…
Başladıq…
- Əvvəlcə söhbətimizə dəxli olmayan, amma mənə maraqlı olan bir şey soruşum: «Duel» üçün atanızın evini seçməyiniz doğrudan təsadüf idi? Yoxsa məni idmançı məntiqi ilə, öz «meydançanızda» udmaq istəyirsiniz?
- (Gülür) Yoox…Doğrudan da, Tərtərdə işim vardı. Sən də bu günlərdə Gəncəyə gedəcəyini dedin. Düşündüm ki, qayıdanda səni şəhərdə tapmaya bilərəm. Buna görə fikirləşdim, elə səni də özümlə bura gətirim. Həm də ki, mən sənə öz «meydançamı» göstərmək və ya özümü göstərmək niyyətində olsaydım, səni atamın bu kasıb evinə yox, istirahət kompleksinə, bahalı restorana nə bilim, elitar bir yerə dəvət edərdim.
- Əsl «meydança»nızın belə bahalı yerlər olduğunu etiraf etdiyinizə görə sağ olun, amma mənim rəğbətimi o istirahət kompleksləri ilə deyil, elə məhz atanızın bu kasıb evi ilə qazanırsınız…nəsə ki, söhbət bunlarda deyil. Bu, elə-belə, söhbətin şirinlik hissəsi idi. Keçək əsl mətləbə. Aynur xanım, niyə hakimiyyətlə mübarizə aparan, müxalifət cinahında qələm çalan və imzası da yetərincə tanınan Aynur Camalqızı qəfildən 180 dərəcə dəyişdi? Müxalifəti iqtidara, jurnalistikanı millət vəkilliyinə əvəz elədi…
- Vallah, Günel, bu suala o qədər cavab vermişəm ki…amma bir daha deyə bilərəm. Mübarizənin mənasızlığını anladım. Yazmaqla heç nəyi düzəldə bilməyəcəyimi anladım. Yanlarında olduğum, bərabər mübarizə apardığım adamların iç üzünü gördüm. Xalqı meydanlara, mübarizələrə səsləyən adamların həmin meydanda, mübarizədə insanların yanında olmadığını gördüm. İş elə gətirdi ki, gözümün açılmağı deputat seçkiləri ərəfəsinə düşdü. Mən də özümü sınamaq istədim. Bəxtimdən bu bölgənin sayılıb-seçilən adamlarından olan Sərdar Həmidov məni dəstəklədi. Onun barəsində bir dəfə «Məğlub ölkənin qalib komandiri» adlı yazı da yazmışdım. Yazı onun çox xoşuna gəlmişdi və yəqin ki, məni dəstəkləməyinin kökündə bir az da həmin yazının rolu vardı. Və deputat seçildim…
- «Mübarizənin mənasızlığını anladım» deyirsiniz. Çox yaxşı. Amma çıxış yolu indiyə qədər yazdıqlarının üstündən xətt çəkib, başqa cəbhəyə keçmək idimi?
- Axı mən qarşı cəbhəyə keçməmişəm. Deputat seçilmək qarşı tərəfə keçmək demək deyil axı! Müxalifətdə ola-ola millət vəkili seçilən təkcə mənəmmi? Niyə illərdir bunu xəyanət kimi, qarşı tərəfə keçmək kimi qiymətləndirirsiniz?
- Əgər siz millət vəkili seçilər-seçilməz siyasi baxışlarınızın dəyişdiyini elan eləyirsinizsə, bu, başqa necə qiymətləndirilə bilər? Sizin situasiyanızda ardıcıllıq əleyhinizə işləyir…
- Mən həmin etirafı qəflətən eləməmişəm ki... Millət vəkili seçilən kimi, dünənə qədər bir cəbhədə olduğum insanlar mənə qarşı aqressiv yanaşmağa başladılar. Gənc bir qızın millət vəkili seçilməyini həzm eləyə bilmədilər. Və mənə qarşı qara piar kampaniyasına başladılar. Əməkdaşlıq elədiyim qəzetlərin arxivlərini qurdalayıb, hakimiyyət əleyhinə yazdıqlarımı toplayaraq, az qala bütöv bir dosye düzəldib, Prezident Aparatına göndərdilər. Sanki bununla demək istəyirdilər ki, biz daha «ipə-sapa yatan müxalifət» ola bilərik. Məni müxalifətdən iyrəndirən, onlardan qopmağa vadar edən belə şeylər oldu.
- Siz müxalif düşərgədə yanınızda olan adamlardan qırıla bilərdiniz. Amma müstəqil siyasətçi olaraq da fəaliyyətinizi davam edə bilərdiniz. İkincisi, əgər həmin yazıları yazanda səmimi olmuşdunuzsa, o yazıların Prezident Aparatına təqdim olunmağı sizi niyə narahat edirdi ki?
- Məni o yazıların Prezident Aparatına göndərilməsi yox, dünənə qədər bərabər mübarizə apardığım adamların yanlarında olanda yazdıqlarımdan əleyhimə silah kimi istifadə etmələri oldu. Millət vəkili seçilən gündən məni narahat edən bir məsələ var. Hətta jurnalistlər - keçmiş həmkarlarım niyə məni bu qədər sevmir? Saytlardan biri sorğu keçir parlament jurnalistləri arasında. Hər dəfə bir millət vəkilinin xarakteristikasını verməyi xahiş edirlər. Mənim barəmdə hamısı çox mənfi münasibət bildirib…Keçmiş «cəbhə yoldaşlarım» da həmçinin. Niyə müxalifətdən millət vəkili seçilən başqa adamlara, məsələn, Pənah Hüseynə qarşı bu nifrət, xoşəgəlməzlik yoxdur? Yəni mənə bir deputat mandatını bağışlaya bilmirsiniz?
- Biz sizə deputat mandatını yox, indi bizim yanımızda olmamağınızı bağışlaya bilmirik. Jurnalist qələmini siyasi passivliyə dəyişməyinizi bağışlaya bilmirik.
- Axı, niyə passivlik? Bəyəm mən qələmi yerə qoymaqla susmuşammı? Mən dünənə qədər mətbuat səhifələrində «stəkanda tufan» qopara-qopara dediklərimi indi parlamentdə oturub, sakit şəkildə deyirəm. Və məncə istənilən ədalətsizliklə bu cür sakit mübarizə daha effektlidir.
- Nədir o effekt? Və siz parlamentdə nəyi sakit-sakit deyirsiniz? Siz o parlamentdə oturandan sonra jurnalistika fəaliyyəti ilə məşğul olan bir neçə nəfər həbs edilib. Amma mən hələ bir dəfə də parlamentdə, ya da mətbuat səhifələrində bu məsələlərə münasibət bildirdiyinizi görməmişəm.
- Günel, heyf ki, mətbuat mənim Milli Məclisdəki çıxışlarımı dərc etmir. Sən də televiziyadan iclaslarımızı izləmirsən. Mən dəfələrlə demişəm ki, Azərbaycanın dünyada jurnalistlərin həbs olunduğu bir ölkə kimi tanınmağının əleyhinəyəm. Amma jurnalist heç də həmişə peşə fəaliyyətinə görə, sərt yazıların görə həbs olunmur. Məsələn, əgər sən sadaladıqların adamları yazılarına görə həbs ediblərsə, onda niyə daha iti qələmi olan Şahvələd Çobanoğlu, Elnur Astanbəyli, Qan Turalı həbs olunmur? Jurnalist və ya bloqqer mübarizə aparırsa, oyuna giribsə, o öz hərəkətlərində başqalarına nisbətən daha ehtiyatlı davranmalıdır. Jurnalistlərin döyülməsini də pisləyirəm, əgər həmin ərəfədə mətbuat üçün bu məsələyə Pənah Hüseynin münasibəti mənim münasibətimdən daha maraqlı olmasaydı, yəni məndən münasibət öyrənsəydilər, jurnalistin döyülməsinə etiraz etdiyimi deyərdim. Amma məsələn, söhbət Qənimət Zahiddən və ya bloqqerlərdən gedirsə, buna bir az fərqli yanaşıram. Bu adamlar restoranda, ictimai yerlərdə özlərini apara bilmirlərsə, bunun günahını başqa şeylərdə axtarmaq lazım deyil…
- Mən sizdən bir jurnalist kimi, millət vəkili kimi, nəhayət, vətəndaş kimi, ədalətsizliklə üzləşən insanları müdafiə etməyinizi gözləyirəm. Rayonlarda hər icra başçısı, hər xəstəxananın baş həkimi, hər məktəbin direktoru o yerdə vəzifəsini icra edən şəxs yox, hakimi-mütləqdir. Rayonların mərkəzi küçələri adamın üzünə gülür, amma kəndlərdə şosse yollar yoxdur, kənd yollarının torpağı dizə qalxır. Təbii ki, problemlər bunlarla bitmir. Sadəcə mən, gözlərimlə gördüklərimi sadaladım.
- Bu ittihamlarınla razıyam, amma heyf ki, sən dediyin şeylərin hamısının həlli bizim əlimizdə deyil. Məsələn, mən də bununla razı deyiləm ki, rayonun mərkəzi küçələrinin abadlaşmasına külli miqdarda pullar xərcləndiyi halda, kəndlərdəki vəziyyət acınacaqlıdır. Elə Tərtərin özündə də vəziyyət belədir. Amma mən icra başçısına təsir etmək gücündə deyiləm axı, buna səlahiyyətim çatmır. Gücüm ona çatır ki, millət vəkilliyimin mənə verdiyi bəzi imtiyazlardan, hörmətimdən istifadə edib, aidiyyəti olan qurumlardan xahiş edərək, bu problemlərin həllinə kömək eləyim. Məsələn, mən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən xahiş edəndən sonra Tərtərin bütün kəndlərinə telefon çəkildi, bu gün rayonumuzda telefon çəkilməyən bir kənd də yoxdur. Amma eyni xahişi dəfələrlə Nəqliyyat Nazirliyindən eləsəm də, kəndlərə yol çəkmək məsələsi hələ də öz həllini tapmayıb. Hələ də başqa vasitələr axtarıram ki, Tərtərin kəndlərinə yol çəkdirim. O ki qaldı, məktəb direktorlarına, xəstəxanaların baş həkimlərinə, elə bilirsən, onlarla mübarizə aparmaq hətta deputat üçün çox asandır? Bizdə, Tərtərdə bir məktəb direktoru vardı. Yaşı səksəni ötmüşdü, artıq neçə onilliklər idi ki, həmin məktəbin direktoru idi. O qədər qocalmışdı ki, güclə yeriyirdi. Məktəbdə direktorluq nədi, bir dərsi deməyə də fiziki və əqli imkanları yox idi. Neçə dəfə parlamentdə bu məsələni qaldırdım. Onun qərarını verirdilər, həmin adam gedib, rüşvət verib, təzədən işinə qayıdırdı. Axır ki, bu yaxınlarda onun işdən azad olunmasına nail ola bildim. Yəni demək istəyirəm ki, biz deputatların sən deyən çox imkanları yoxdur ki, bütün problemləri həll edək.
- Yenə də deyirəm ki, mən sizdən bütün problemlərin həllini tapmağı tələb eləmirəm. Elə məsələlər var ki, sizin sadəcə səsinizi çıxarmağınız artıq bəzi qurumların üzərinə məsuliyyət qoyur. İstəyirsiniz, konkretləşdirək…sizin öhdəliklərinizdən biri də dövlət büdcəsinə nəzarətdir. Amma məsələn, Yazıçılar Birliyi bu büdcədən aldığı pulu ən keyfiyyətsiz nəşrlərə xərcləyir. Prezident təqaüdünü yazıları beşinci sinifdə oxuyan şagirdin inşasından da aşağı səviyyədə olan adamlara verir. Tərcümə Mərkəzi büdcədən ora ayrılan pulu nəyə xərcləyir, bunu ümumiyyətlə, heç kim bilmir. Kinostudiya bu büdcədən aldığı pullarla ən bərbad filmlər çəkir. «Hökmdarın taleyi», «Cavad xan», «Yalan», «Girov» kimi sadəcə pafosla dolu, aşağı keyfiyyətli filmlərə yüz minlərlə pul ayrılır. Niyə bunlara etiraz eləmirsiniz? Yəni doğrudanmı büdcəsi bir milyon manatı keçən «Hökmdarın taleyi» filminin bədii səviyyəsi sizi qane edir? Və yaxud Ayaz Salayevin dövlət büdcəsi hesabına çəkdiyi filmin ətrafında oyunlar gedir və mətbuat, ictimaiyyətə bu barədə məlumat verilmir? Vergi ödəyicisi olan adam, niyə onun ödədiyi verginin hesabına çəkilən film barədə məlumat almaqdan məhrum olmalıdır? Niyə Mədəniyyət Nazirliyinə deputat sorğusu göndərib, bu barədə məlumat tələb eləmirsiniz?
- Yazıçılar Birliyi barədə mənim mövqeyim hamıya məlumdur. Mən bu qurumun fəaliyyəti ilə razı deyiləm. Ümumiyyətlə, belə bir qurumun varlığına, dövlət büdcəsindən maliyyələşməsinə ehtiyac görmürəm. Yazıçıları birləşdirən qurum müstəqil olmalıdır. Və müəyyən şəkildə mədəniyyətə göstərilən qayğılardan faydalanmalıdır. Adlarını çəkdiyin filmlərə gəlincə, bununla da razıyam. Mən bir dəfə parlamentin iclasında da dedim ki, «Hökmdarın taleyi» və «Cavad xan» kimi Azərbaycan tarixini və tarixi şəxsiyyətlərini ələ salan, karikaturaya çevirən əsərlərə niyə pul ayrılmalıdır? Təsəvvür edin ki, bu qədər pulu biz özümüzü ələ salmaq üçün xərcləyirik. Ssenari bərbad, rejissor işi sıfır, aktyor oyunu təpədən-dırnağa pafos! Əlbəttə ki, mən bunlarla razı deyiləm. O ki qaldı, Ayaz Salayevin filminə, açığı, mənim bu məsələdən xəbərim yox idi. Şəhərə qayıdan kimi mən Mədəniyyət Nazirliyinə bir deputat sorğusu göndərəcəyəm. (Gülür) İndi məndən razı qaldın?
- Siz bütün bunlara etiraz etdiyinizi mənə etiraf eləyirsiniz. Bu çox yaxşıdır. Amma bu qədər sivil, demokratik fikirləriniz varsa, niyə hər hadisəyə dərhal reaksiya vermirsiniz? Mətbuatın sizə qarşı laqeyd olduğundan gileylənirsiniz… jurnalistlər fikirlərinizi, münasibətinizi öyrənmir? Əlinizdə qələm var, bir vaxtların yaxşı jurnalistlərindən olmusunuz, özünüz yazın. Jurnalist kimi düşündüyünüzü yazmaq imkanınızı da əlinizdən almayıblar ki? Yəni doğrudan da içinizdə yazmaq, münasibət bildirmək, analiz etmək, etiraz və ya təqdir etmək istədiyiniz şeylər yoxdur?
- İnan ki, çox şey var, Günel. Bu gün gənclərimizin zövqünün korlanmağı, ölkədə ziyalıların deyil, şou-biznesdəkilərin firavan yaşamağı məni jurnalist və vətəndaş kimi o qədər üzür ki. Buna görə bizim gənclər elm öyrənməkdən daha çox, müğənni olmağa, ulduz yarışmalarına qaçırlar. İncəsənətdə ilk addımlarını atan gənclər tezcə şou-biznes bataqlığına yuvarlanırlar. Elə Azəri qızı Güneli götürək. O qız uşaq olanda bir kultu vardı. Hamımız onun ciddi mədəniyyət adamı olacağına, ölkəni yüksək səviyyədə dünyada təmsil edəcəyinə inanırdıq. Amma aradan on ildən artıq bir vaxt keçəndən sonra Günel bizim üstümüzə səviyyəcə Rəqsanədən də aşağı olan müğənni kimi qayıtdı. Azərbaycan mədəniyyətinin, kinosunun, teatrının dərdi xüsusilə böyükdür. Sovet vaxtları çiçəklənən yerli kino və teatrımız indi elə bərbad durumdadır ki, adamın ürəyi ağrıyır. Mən hələ də başa düşmürəm, bu sahələrdə vəziyyət niyə bu qədər acınacaqlıdır?
- Amma mən başa düşürəm. Bu dəqiqə Azərbaycan musiqisində, kinosunda, teatrında bütün istedadsız adamlar qoruma altındadırlar. Dövlət teatrlarındakı ən istedadsız, ən epizodik rolları oynayan bir aktrisanı yerindən tərpətmək mümkünsüzdü. Əgər məsələn, siz, millət vəkili Aynur Quliyeva deputat mandatından, nüfuzunuzdan istifadə eləyib, ali məktəblərdə, iş yerlərində qohumlarınızı tapşırırsınızsa, deməli, bu hal kino istehsalında, teatrda, musiqidə, təhsil sahəsində də var.
- Əgər desəm ki, bu ittihamın əsassızdır, mən heç vaxt qohumlarımı tapşırmıram – ikiüzlülük eləmiş olaram. Bir şey də var ki, mənim hansısa qohumumu ali məktəbə və ya iş yerinə tapşırmağım insanlara, ölkə mədəniyyətinə ziyan vurmur. Amma yaradıcılıq işində kimisə tapşıran adam incəsənətin imkanlarını baltaladığını bilməlidir…
- Məncə, biz çox şeylərdən danışdıq və artıq söhbəti yekunlaşdırmağın vaxtıdır. Təbbi ki, bu ölkənin bütün problemlərinin həlli sizin əlinizdə deyil. Və mən də sizinlə o şeylərin haqq-hesabını çəkdim ki, onlara təsir etmək gücünüz var. Ümidvaram, məndən incimədiniz.
- Yox, əzizim, incimədim. Bu səfərin məqsədlərindən biri də səni daha yaxından tanımaq idi. Çünki yazılarını daim izləsəm də, özünü yaxşı tanımırdım. İndi səni yol yoldaşı, insan kimi də tanıdım və məmnun qaldım. Söhbətin sərtliyinə gəldikdə isə… Səni «Duel»ə çağıranda aramızdakı dialoqun sərt olacağını bilirdim. Və nə olursa olsun, şəxsən mən söhbətimizdən çox razı qaldım.
Günel Mövlud

1448