MSK-ya 116 bələdiyyə üzrə şikayət daxil olub
08 yanvar 2010 17:30 (UTC +04:00)

MSK-ya 116 bələdiyyə üzrə şikayət daxil olub

Mərkəzi Seçki Komissiyasına (MSK) 116 bələdiyyəyə keçirilən seçkilərlə bağlı müraciət daxil olub.


Lent.az-ın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov bildirib. O deyib ki, bu, ümumi bələdiyyələrin təxminən 5-6%-ini təşkil edir. M.Pənahovun fikrincə, müraciətlərin sayı kifayət qədər azdır: “Hesab edirəm ki, bu kifayət qədər fəxr etməli bir rəqəmdir. Seçkilər azad, şəffaf və ədalətli keçirilib, demokratik tələblərə cavab verən səviyyədə olub”.


MSK sədri bildirib ki, quruma daxil olan müraciətlərin çoxunda seçki bülletenlərinin Dairə Seçki Komissiyasına aparılması və bunun polisin müşayiəti ilə həyata keçirilməsi qanun pozuntusu kimi göstərilir: “Amma bu qanun pozuntusu yox, qanunun tələbinin yerinə yetirilməsidir. Seçki Məcəlləsinin tələbinə görə səslər sayıldıqdan və seçki məntəqəsində protokol tərtib olunandan sonra bülletenlər DSK-ya aparılmalıdır. Bunun da təhlükəsizliyini polis təmin etməlidir. Amma bununla bağlı əksər vətəndaşlarda məlumat olmadığından bunu qanun pozuntusu hesab edirlər. MSK üzvlərinə tapşırıq vermişəm ki, növbəti seçkilərdə həyata keçiriləcək maarifləndirmə proqramlarında bununla bağlı maarifləndirmə işi aparılsın”.

Xatırladaq ki, keçən il dekabrın 23-də 1718 bələdiyyə üzrə seçki keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar