Amerikalı bloqqerin həbsinə daha bir etiraz
25 dekabr 2009 12:10 (UTC +04:00)

Amerikalı bloqqerin həbsinə daha bir etiraz

“Yeni Nəsil” Gənclər Assosiasiyası bu gün Amerikalı bloqqer Hel Ternerin həbs olunması ilə beynəlxalq təşkilatlara bəyanat göndərib.

Qurumdan Lent.az-a verilən məlumata görə, Assosiasiya bu ilin iyununda apelyasiya məhkəməsi kollegiyasının 3 hakimini Çikaqo və onun Ouk-Park adlanan şəhərətrafı məhəlləsində odlu silah gəzdirilməsinə tətbiq olunan bəzi qadağaları aradan qaldırmadıqlarına görə hədələyən və öz bloqunda bu barədə məlumat yerləşdirən müstəqil bloqqer Hel Ternerin həbsini kəskin pisləyib və bunu dünya ictimaiyyətinin obyektiv dəyərləndirməsini arzu edib.

Bəyanat müəllifləri Azərbaycan ictimaiyyətinin də bu məsələdə obyektiv olmalarını və məsələlərə düzgün prizmadan baxmağı arzu ediblər. Belə ki, onlar 2 yerli bloqqerimiz Emin Milli və Adnan Hacızadənin həbsinin Amerika və onun himayəsində olan beynəlxalq təşkilatlar tərəfindən siyasiləşdirilməsinə, lakin Amerikada siyasi məsələyə görə həbs edilən bloqqerin əməlinin cinayət adlandırılmasına düzgün qiymət verilməsini istəyiblər.

Sonda bir daha dünya birliyinə insan hüquqlarının qorunması istiqamətində birgə səy göstərməyi istəyən Assosiasiya Amerikalı bloqqer Hell Ternerin azadlığa buraxılmasını istəyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481

Oxşar yazılar