ABŞ-ın Azərbaycandakı səfirliyi yeni viza proseduru həyata keçirəcək
Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dəyişikliyin bir hissəsi olaraq, ərizəçilər viza müsahibəsinə yazılmaqdan əvvəl rüsumu ödəyəcəklər.
Hazırda ABŞ-ın Bakıdakı Səfirliyində viza müsahibəsi üçün yalnız əvvəlcədən yazılmaq lazımdır və viza ərizəçiləri rüsumu müsahibə zamanı ABŞ Səfirliyində ödəyirlər. 27 dekabrdan sonra viza ərizəçiləri rüsumu müsahibəyə yazılan zaman ödəyəcəklər. Yeni prosedurlarla bağlı daha ətraflı məlumat yaxın həftələrdə elan olunacaq.
27 dekabrdan etibarən ərizəçilər gün təyin etmək üçün yeni sistemdən istifadə edə bilərlər və müsahibələr cümə axşamı, 3 yanvar 2013-cü ildən başlayacaq.
ABŞ Səfirliyinin konsulluq şöbəsi həmin tarixdən etibarən 3 yanvar 2013-cü ilədək viza xidmətlərini dayandıracaq. Fövqəladə hallarda səyahət üçün məhdud viza xidmətləri göstəriləcək. Səfirlik vətəndaşlardan müraciətlərini [email protected] elektron poçtuna göndərməyi xahiş edir.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53