Avstraliya ştatı “DQR”i tanımayıbmış - YENİLƏNİB
25 oktyabr 2012 16:01 (UTC +04:00)

Avstraliya ştatı “DQR”i tanımayıbmış - YENİLƏNİB

0
Ermənistan mətbuatı Avstraliyanın Yeni Cənubi Uels ştatının qanunverici orqanının “Dağlıq Qarabağ Respublika”sının 20 illiyi münasibətilə qəbul etdiyi qətnaməni təhrif edib. APA-nın məlumatına görə, “Novosti Armeniya” agentliyi qətnamədə ştatın separatçı qurumun müstəqilliyini tanıdığını qeyd etsə də, sənəddə belə bənd yoxdur.

Agentliyin istinad etdiyi Avstraliya Erməni Milli Komitəsinin (ANC Australia) saytında yerləşdirilmiş qətnamədə də Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair bəndə rast gəlinmir.

Ştatın qanunverici şurasının ermənipərəst deputatı, xanım Mari Fikarro tərəfindən təqdim olunmuş layihə əsasında bu gün qəbul etdiyi qətnamədə xalqların, o cümlədən Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququnun tanındığı bildirilir.

Şura Dağlıq Qarabağın beynəlxalq ictimaiyyətdə təmsilçiliyini dəstəkləyir və təşviq edir, habelə sülh və sabitliyin təmin olunması üçün regional problemlərin həlli məqsədilə onu beynəlxalq ictimaiyyətlə qarşılıqlı əməkdaşlığa çağırır.

Deputatlar qətnamədə Avstraliya hökumətini separatçı «DQR» rejiminin müstəqilliyini rəsmi şəkildə tanımağa, həmçinin «Dağlıq Qarabağ» və «DQR vətəndaşları» ilə münasibətləri gücləndirməyə çağırıb.

Bununla yanaşı, Şura «Dağlıq Qarabağ Respublikasına» humanitar və iqtisadi dəstəyin davam etdirilməsini zəruri sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2079

Oxşar yazılar