KAXCP-nin sədr müavini istefasının səbəbini açıqladı
03 oktyabr 2012 17:51 (UTC +04:00)

KAXCP-nin sədr müavini istefasının səbəbini açıqladı

0
KAXCP-nin sədr müavini Fikrət Cəfərov tutduğu vəzifədən istefa verib. F. Cəfərovun Lent.az-a verdiyi məlumata görə, o, sədr müavinliyindən istefa versə də, partiyanın üzvü olaraq qalır: “Mən partiyadan istefa verməmişəm. İndi də sıravi üzv kimi həmin partiyanın sıralarındayam. O ki qaldı KAXCP rəhbərliyindən istefamın səbəbinə, qeyd edim ki, bu yaratdığımız fraksiya ilə bağlıdır”.

F. Cəfərovun sözlərinə görə, fraksiyada işlərin çox olması səbəbindən belə bir addım atıb. “Həm də kimsə düşünməsin ki, mən partiya rəhbərliyimdəki statusumdan istifadə edirəm. KAXCP rəhbərliyindən istefa verməyimin də əsas səbəblərindən biri budur. Mənim kiminləsə də incikliyim yoxdur” - deyə, KAXCP-nin sabiq sədr müavini əlavə edib.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 856

Oxşar yazılar