Milli Məclisdə Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edildi - YENİLƏNİB
01 oktyabr 2012 16:15 (UTC +04:00)

Milli Məclisdə Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edildi - YENİLƏNİB

Günün ikinci yarısında Milli Məclisin iclası davam edib. Lent.az-ın verdiyi məlumata görə, öncə Milli Məclisdə yaradılmış xüsusi komissiyanın Avropa Parlamentinin “Ramil Səfərovun işi” adlı qətnaməsi ilə əlaqədar beynəlxalq təşkilatlar üçün hazırladığı bəyanat oxunub. Millət vəkili Sədaqət Vəliyevanın oxuduğu bəyanatda qeyd olunur ki, hüquqi məsələyə siyasi rəng verilməsi təəssüf doğurur, Azərbaycana münasibətdə ikili standartlardan xəbər verir. Sənəddə qeyd olunur ki, Ramil Səfərov hüquqi prosedurlara uyğun olaraq, Azərbaycana ekstradisiya edilib. Bəyanatda o da xatırladılır ki, Fransanın Orle hava limanında Vardan Karapetyan 2002-ci ildə Ermənistan prezidenti Robert Köçəryanın müraciəti əsasında Ermənistana göndərilib: “Zabitimizi erməni terrorçuları ilə müqayisə etmək niyyətində deyilik. Təəssüflə qeyd etmək lazımdır ki, qətnamədə Ramil Səfərovun əfvinin qarşısıalınmaz proseslərə yol açacağı qeyd olunur. Azərbaycan torpaqlarının hələ də işğal altında saxlanılması ortadadır. Ermənistan Ramil Səfərov məsələsindən danışıqlar prosesini pozmaq, torpaqlarımızı işğal altında saxlamaq üçün istifadə edir. Azərbaycan Avropa Parlamentini birtərəfli mövqedən çıxış etməməyə çağırır”.

Daha sonra qətnamə müzakirəyə çıxarılıb.


Millət vəkili Elman Məmmədov Robert Köçəyan, Serj Sərkisyan, Vahan Ohanyan və yazıçı Zori Balayanın adlarının bu bəyanata mütləq salınmasını istəyib: “Bu insanlar arasında Ermənistanın keçmiş və indiki prezidentləri də var. Avropa Parlamenti bunlarla bağlı niyə qətnamə qəbul etmir?”


Spiker Oqtay Əsədov Serj Sərkisyanın adını Avropa Şurasında 41 spikerin yanında çəkdiyini, Xocalı soyqırımında iştirakını nəzərə çatdırdığını bildirib: “Ancaq bu bəyanatın ruhu başqadır”.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.


Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1532

Oxşar yazılar