“Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi”.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.
“Bu çətin gündə Can Qardaşımızın yanında olduğumuzu bildiririk. Keçmiş olsun, dualarımız sizinlə!”, - XİN başçısı vurğulayıb.