"Bu il Türkiyə ilə hərbi təlimlər daha da çox olacaq” - İlham Əliyev
25 fevral 2020 18:27 (UTC +04:00)

"Bu il Türkiyə ilə hərbi təlimlər daha da çox olacaq” - İlham Əliyev

“Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib, bu il təlimlər daha da çox olacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti deyib ki, Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək: “Birgə istehsalın təşkil edilməsi barədə də danışmışıq”.

# 1411
avatar

Oxşar yazılar