"Bu ay Ayazın toyu olmalı idi"  - Polad Həşimovun səngər yoldaşının HEKAYƏTİ
06 iyul 2022 18:38 (UTC +04:00)

"Bu ay Ayazın toyu olmalı idi" - Polad Həşimovun səngər yoldaşının HEKAYƏTİ

“Polad Həşimov şəhid olanda, o da yaralanmışdı, sağaldı. Bu dəfə də yaralanıb, ona deyiblər getmə. Deyib yox, orda iki yaralı var, onları gətirməliyəm”.

Bunu Lent.az-a şəhid Ayaz Azər oğlu Nəzərovun anası Sima xanım deyir. 

Sima xanım

Ayaz Nəzərov bu ilin yanvar ayının 11-də Kəlbəcərdə şəhid olub. O, Tovuz rayonunun Bozalqanlı kəndində doğulub və orda böyüyüb...

Elə anası ilə də söhbəti Tovuzda, Ayazın böyüdüyü evdə, ona ayrılan otaqda edirik.

- Mənə hey deyirdi ki, “Ana, mən şəhid olacam”. Ayaz qəhrəman, öz canından qorxmayan oğul idi. Nişanlı idi. Arzuları vardı, Mənə çox söz vermişdi. Sözünə əməl etmədi. Ona deyiblər ki, getmə, amma gedib. 

Ayaz müddətdən artıq həqiqi hərbi qulluqçu olub. O, həkim-feldşer kimi çalışırdı... Son 1 ayı Kəlbəcərə ezam olunub...

Bu masada gördüklərimizdən bəziləri Ayaz şəhid olanda cibindən çıxan əşyalardı...

- Qonşumuz da şəhid olmuşdu, ona görə toyu qalmışdı. Amma bu ay toyu olacaqdı. Əsgərliyə getdi, gəldi. 2 il yarım idi ki, Ağdamda hərbi həkim köməkçisi işləyirdi. Özü də yol polisliyini bitirmişdi. Aldığı hər şeyi qəbiristanlıqda yandırdım. Ayaz anasını yazıq etdi. Polad Həşimov şəhid olanda o da yaralanmışdı, amma sağaldı. 

Bu dəfə də yaralanıb, ona deyiblər getmə. Deyib yox, orda iki yaralı var, onları gətirməliyəm. Birini gətirib, digərini gətirəndə vurublar. Elə orda da şəhid olub. 

Nikahı kəsilib, ömrü yarıda qalıb...

- Nişanlısı ilə kəbini də, nikahı da kəsilmişdi. Son 1 ay idi dalaşmışdılar, amma bilirdim ki, barışacaqlar. Hər dalaşan ayrılmır axı. Bir ay idi Kəlbəcərə getmişdi. Mənə zəng etdi ki, “ana. yeməkləri bişir, sabah gələcəm”. Sən demə, danışandan sonra da vurublar. Bu, bizim son danışığımız oldu.  

Sima xanım deyir ki, nişanlısı hər gün qəbrinin üstünə gedir, dəli olub. O qız yenə mənim ürəyimdədi. Balamın bütün arzuları ürəyində qaldı. Toyuna alınan hər şey merət qaldı. Qızım Aytən də toyu günü özünü körpüdən atdı. Qaynanası şər atmışdı deyə. Bu dərdlərə necə dözüm bilmirəm.

Ayın 16-sı Ayazın dünyadan kənarda 24 yaşı olacaq...

- Bu ayın 16-sı Ayazımın doğum günüdür. 24 yaşı olacaq. Bir gündə bəlkə də on dəfə onu ziyarət edirəm, amma o mənə cavab vermir. Ölmək də var, ölmək də... Ona deyiblər axı, getmə.İş yerində hələ də adını siyahıdan çıxarmayıblar. Heç kimin əli gəlmir onun adını silsin.

Ayaz şəhid olmazdan əvvəl erməni maşınını partladıb...

- Şəhid olmazdan qabaq da erməni maşınını partladıb. Ona medal, təşəkkürnamə vermişdilər. İndi məni də onun şəhid olduğu yerə aparacaqlar. Qonşularda nə qədər toy olasıdı, heç biri Ayaza görə etmir. Ayaz dəfn olunanda 2-3 minə qədər adam vardı. Onunla eyni vaxtda əmisi qızının həyat yoldaşı Anar Nağıyev də şəhid oldu. Ad günündə Ayazın bulağının açılışı olacaq. Bu da bir təsəllidi...

Bu ayın 16-sı açılışı olacaq bulaq.

 

# 5742
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

19 ilə böyük həyat sığdıran şəhidin ürək dağlayan HEKAYƏSİ

19 ilə böyük həyat sığdıran şəhidin ürək dağlayan HEKAYƏSİ

14 noyabr 2022 , 20:15
“Gördüm yağışın altında məni gözləyir” – Şəhid mayorun yoldaşı danışır...

“Gördüm yağışın altında məni gözləyir” – Şəhid mayorun yoldaşı danışır...

27 oktyabr 2022 , 15:36
“74 gündən sonra yuxuma girib dedi, Gəncədə dənizin dibindəyəm” – ŞƏHİD ƏMANƏTİ

“74 gündən sonra yuxuma girib dedi, Gəncədə dənizin dibindəyəm” – ŞƏHİD ƏMANƏTİ

26 oktyabr 2022 , 20:15
“Uşaqlarım tabutu görəndə soruşdular, qutudakı bizim atamızdı?” – ŞƏHİD ƏMANƏTİ

“Uşaqlarım tabutu görəndə soruşdular, qutudakı bizim atamızdı?” – ŞƏHİD ƏMANƏTİ

13 oktyabr 2022 , 20:15
"Ona de bizi tez qovuşdursun"  - Bu günə toyu salınan şəhidin nişanlısından təsirli sözlər

"Ona de bizi tez qovuşdursun" - Bu günə toyu salınan şəhidin nişanlısından təsirli sözlər

11 oktyabr 2022 , 11:38
“Bizə hamı Leyli və Məcnun deyirdi” - Sentyabr şəhidinin HƏYAT HEKAYƏTİ

“Bizə hamı Leyli və Məcnun deyirdi” - Sentyabr şəhidinin HƏYAT HEKAYƏTİ

30 sentyabr 2022 , 20:15
“Həmişə də deyirdi ki, oğlum olsa, pilot kimi yetişdirəcəm...” - ŞƏHİD ƏMANƏTİ

“Həmişə də deyirdi ki, oğlum olsa, pilot kimi yetişdirəcəm...” - ŞƏHİD ƏMANƏTİ

15 sentyabr 2022 , 20:15
Qardaşının itkin düşdüyü yerdə minaya düşən çavuşun HƏYAT HEKAYƏTİ

Qardaşının itkin düşdüyü yerdə minaya düşən çavuşun HƏYAT HEKAYƏTİ

24 avqust 2022 , 18:21