Zaqatalada daha 2 nəfər qarayaraya yoluxdu
10 iyun 2024 11:54 (UTC +04:00)

Zaqatalada daha 2 nəfər qarayaraya yoluxdu

Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində qarayara diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.

Xəstələrdən birində qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə qarayara şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin nəticələrinə əsasən, digər iki şəxsdə də qarayara xəstəliyi diaqnozu təsdiqlənib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir.

Qeyd edək ki, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb, yeni yoluxma halları qeydə alınmayıb.

Məlumat üçün bildiririk ki, qarayara xəstəliyi zoonoz infeksiyadır və insandan insana ötürülmür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11331
avatar

Sevinc Fərid

Oxşar yazılar