Yüksək xolesterini  olan insanlar yumurtanı necə bişirməlidir?
23 sentyabr 2025 13:50 (UTC +04:00)

Yüksək xolesterini olan insanlar yumurtanı necə bişirməlidir?

0

Həkimlərin sözlərinə görə, yumurtanın sağlamlığa faydası və ya zərəri onun hazırlanma üsulundan asılıdır. Yüksək xolesterini olan insanlara yumurtanı düzgün hazırlamağın bir neçə yolu var.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ən sadə üsullardan biri yalnız ağını istifadə etmək, sarısını isə çıxarmaqdır. Məsələn, yumurtanı bərk qaynatmaq və sarısını ayırmaq olar.

Amerika Kardioloji Assosiasiyası xolesterin və doymuş yağlarla zəngin qidaların istifadəsini məhdudlaşdırmağı məsləhət görür. Nəşrdə qeyd olunur ki, iki yumurta ağı bütöv yumurtadan daha çox zülal ehtiva edir, üstəlik onların tərkibində nə xolesterin, nə də doymuş yağlar var.

Bununla yanaşı, bəzi araşdırmalar göstərir ki, bütöv yumurta daha uzun müddət toxluq hissini qorumağa kömək edir. Ancaq yalnız ağlar hər zaman tam qidalanmanı təmin etmir. Buna görə də onları xolesterinin normada qalmasına kömək edən məhsullarla birlikdə istifadə etmək daha yaxşıdır. Məsələn, həll olunan liflə zəngin olan yulaf sıyığı yaxşı seçimdir.

Yumurta ağları ilə birlikdə bir boşqab yulaf sıyığı xolesterini nəzarətdə saxlamaq üçün uğurlu səhər yeməyi hesab olunur. Garnitür kimi lif mənbəyi olan lobya əlavə etmək də olar.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar