Növbəti onillikdə pandemiyanın baş vermə ehtimalı 27,5 faiz təşkil edir.
Lent.az-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi yazır. Məqalədə bunun iqlim dəyişikliyi və beynəlxalq səyahətlərin artması ilə bağlı olduğu vurğulanır.
Əlavə edək ki, daha əvvəl ABŞ prezidenti Co Bayden fövqəladə vəziyyəti ləğv edib. O, 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilib və bir neçə dəfə uzadılıb.
Onun müddəti aprelin 11-də başa çatıb. Əvvəlcə onu daha bir ay uzatmaq istəyiblər, lakin ABŞ Konqresi fövqəladə vəziyyətə dərhal son qoymaq üçün qanun layihəsini təsdiqləyib.