Yeni ştamdan ölən yoxdur – Arxayınlaşmaq olmaz
06 dekabr 2021 06:12 (UTC +04:00)

Yeni ştamdan ölən yoxdur – Arxayınlaşmaq olmaz

Yeni növ koronavirusun “Omicron” ştamından ölüm qeydə alınmayıb.

Lent.az-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Kristian Lindmayer bildirib.

Lindmayerin sözlərinə görə “Omicron” artıq qırxadək ölkədə üzə çıxsa da, hələ ki ölüm və ağırlaşma ilə bağlı məlumat daxil olmayıb. Bununla belə, yeni ştamla bağlı daha dolğun məlumat üçün hələ bir neçə həftə gözləmək lazım gələcək. Məlumat bolluğu üçün ölkələrin daha çox test aparması zəruridir.  

# 1749
avatar

Oxşar yazılar