Yeni ölümcül epidemiya  TƏHLÜKƏSİ: Gözlərdən qan da gəlir
31 oktyabr 2024 09:09 (UTC +04:00)

Yeni ölümcül epidemiya TƏHLÜKƏSİ: Gözlərdən qan da gəlir

ABŞ yeni bir epidemiya ilə üz-üzədir. Ayova ştatında bir kişi Ebolaya bənzər gözlərdən qanaxmaya səbəb olan virus xəstəliyinə tutulduqdan sonra ölüb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, xəstə bu ayın əvvəlində Qərbi Afrikadan ABŞ-a qayıdıb. Oradan Lassa qızdırması kimi tanınan xəstəliyi “gətirib”. ABŞ-da çox nadir rast gəlinəndir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri xəstənin səfər zamanı xəstələnmədiyini bildirib. Onunla səyahət etdiyi aviaşirkətin digər sərnişinləri üçün risk "son dərəcə aşağıdır". Viruslu insanların əlamətlər görünənə qədər yoluxucu olduğuna inanılmır və xəstəliyin özü təsadüfi təmasla yayılmır.

"Adı açıqlanmayan xəstə Ayova ştatındakı Ayova Universitetinin Tibb Mərkəzi Xəstəxanasında təcridxanaya yerləşdirilib. Bazar ertəsi Nebraska Laboratoriya Müdaxilə Şəbəkəsinin apardığı testlər xəstənin Lassa qızdırmasından dünyasını dəyişdiyini göstərib. Əgər nəticələr təsdiqlənsə, Ayova ştatında 1969-cu ildən bəri xəstəliyin geniş yayıldığı ərazilərdən ABŞ-a qayıdan səyahətçilər arasında Lassa qızdırmasının doqquzuncu məlum hadisəsi olacaq.

Lassa qızdırması haqqında nə məlumdur

Lassa virusunun yaratdığı Lassa qızdırması Qərbi Afrikada nisbətən geniş yayılmış xəstəlikdir. Hər il orada 100-300 min yoluxma halı aşkar edilir. Bu xəstələrin təxminən 5000-i sağ qalmır.

Xəstəliyin əlamətləri adətən yüngül olur və hərarət, yorğunluq və baş ağrısı daxildir. Ancaq bəzi insanlar üçün virus qusma, nəfəs almaqda çətinlik, üzün şişməsi, kürək, sinə və ya mədə ağrılarına səbəb ola bilər. Bəzi hallarda burun və ya ağızdan qanaxma müşahidə edilir.

Vaxtında müalicə edilmədikdə, xəstəlik tədricən inkişaf edir, şok, konvulsiyalar, titrəmə və komaya səbəb olur. Xəstələrin dörddə birində müvəqqəti karlıq da müşahidə olunur ki, bu da zamanla geri qayıdır.

Hamiləliyin gec vaxtlarında xəstələnən hamilə qadınların körpəni və ya özlərini itirmə ehtimalı 80 faizdir.

Virusun özü gəmiricilər tərəfindən daşınır və insanlara yoluxmuş heyvanların sidiyi və ya nəcisi ilə təmas yolu ilə keçir. Nadir hallarda insanlar arasında xəstənin qanı və ya bədən mayeləri ilə birbaşa təmasda, selikli qişalar vasitəsilə və ya cinsi əlaqə zamanı keçə bilər.

Lassa qızdırması, Qərbdə təhsil alan həkimlərin ilk dəfə 1969-cu ildə qeydə aldığı Nigeriya şəhərinin adını alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1416
avatar

Oxşar yazılar