Yaşıl çay  için: Sizi bu xəstəliklərdən  qoruyacaq
19 sentyabr 2024 11:58 (UTC +04:00)

Yaşıl çay için: Sizi bu xəstəliklərdən qoruyacaq

Şərq təbabətində minlərlə ildir sağlamlığı qorumaq üçün yaşıl çaydan istifadə edir. Bir çox müasir tədqiqatlar yaşıl çayın çoxsaylı müsbət təsirlərini təsdiqləyir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 2023-cü ildə alimlər yaşıl çayın tərkibindəki polifenolların dərini zərərli ultrabənövşəyi şüalardan qoruduğuna dair araşdırmanın nəticələrini təqdim ediblər. Buna görə də çay dəri xərçəngi riskini azaltmağa kömək edir.

Yaşıl çayın xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğunu təsdiqləyən 5 mindən çox elmi araşdırma var. Xüsusilə döş, dəri, kolorektal və digər xərçəng növlərinin qarşısının alınmasında təsirlidir.

Yaşıl çay sızanaq və ya rosacea kimi dəri xəstəliklərinin müalicəsində kömək edir.

Bu içki həm də ürəyi gücləndirir. Xüsusilə, çayın müntəzəm istehlakının infarkt və ya insultdan ölmə riskini 26% azaltdığı sübut edilib.

Tərkibindəki antioksidanlar tip 2 diabetin inkişafının qarşısını alır və qan şəkərinin sağlam səviyyəsini qoruyur.

Tərkibindəki kofein və L-theanine sayəsində yaşıl çay konsentrasiyanı artırır və narahatlığı azaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106
avatar

Arzu Qurbanlı

Oxşar yazılar