Yapon  uzunömürlülərinin içkisi:   Qocaları bu xəstəliklərdən  qoruyur
27 dekabr 2024 18:24 (UTC +04:00)

Yapon uzunömürlülərinin içkisi: Qocaları bu xəstəliklərdən qoruyur

Həkimlər uzun illər sağlamlığı qorumaq üçün yaponların üsullarından yararlanmağı məsləhət görüblər. Onlar bunun üçün xüsusi bir içkidən istifadə edirlər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu içki hər kəsin mətbəxində ola biləcək üç inqrediyentdən hazırlanır. Hazırlanması sadə olsa da, çox faydalı içkidir.

Tərkibi:

- 1/4 çay qaşığı sarıkök;

- 1 xörək qaşığı limon suyu;

- bir parça zəncəfil kökü.

Hazırlanma qaydası: 

Bir stəkan qaynar suya sarıkök, limon suyu və bir parça zəncəfil əlavə edin, bir neçə dəqiqə dəmləyin və hazırdır. 

İçkinin tərkibində ürəyin fəaliyyətinə müsbət təsir göstərən, immuniteti gücləndirən və bədən hüceyrələrini vaxtından əvvəl qocalmaqdan qoruyan maddələr var. Həkimlər həftədə ən azı üç dəfə bu müalicəvi içkini içməyi məsləhət görürlər.

- Zəncəfil antioksidantlarla zəngindir və bəzi xərçəng növlərinin riskini azaldır. Bu kök min illərdir müxtəlif ağrıları, soyuqdəymələri, ürəkbulanmaları, kolitləri və sinir sistemi xəstəliklərini müalicə etmək üçün istifadə olunur.

- Limonun tərkibində çoxlu antioksidant birləşmələr və C vitamini var ki, bu da orqanizmi ürək, qan damarları, sidik və həzm sistemləri, eləcə də onkoloji xəstəliklərdən qoruya bilir.

- Sarıkök bağırsaq funksiyasını yaxşılaşdırır, xroniki ishal, meteorizm, xoralı kolit və mədə-bağırsaq traktının digər xəstəliklərinin öhdəsindən gəlməyə kömək edir. Ədviyyat həm də immunitet sistemini gücləndirir və xərçənglə mübarizə aparır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626
avatar

Ləman Sərraf

Oxşar yazılar