Yapon alimləri dişlərin yenidən böyüməsi üçün dərman hazırlayıb
07 fevral 2024 06:11 (UTC +04:00)

Yapon alimləri dişlərin yenidən böyüməsi üçün dərman hazırlayıb

Yapon alimləri dişlərin yenidən böyüyüb inkişaf etməsi üçün dərman hazırlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dişləri inkişaf etməyən, böyüməyən pasiyentlər sözügedən dərman sayəsində təbii görünüşlü dişlərə sahib ola biləcəklər.

Bu günə qədər dişlərin böyüyüb töküldükdən sonra yenidən çıxdığının uşaq vaxtı şahidi olurduq. Yəni dişlərin ən çox iki dəfə uzandığı məlum idi. Ancaq yeni bir araşdırma dişlərin üçüncü dəfə böyüyə biləcəyini ortaya qoyub. Yaponiyada bir qrup alim yetkinlik yaşına çatdıqda və ya yetkinlikdən sonra dişlərin böyüməsini təmin edəcək bir dərman hazırlayıb.

Yaponiyanın Osaka şəhərindəki Kitano Xəstəxanasının Tibbi Tədqiqat İnstitutu tərəfindən hazırlanmış bu dərman dişlərin quruluşunda anadangəlmə problemləri olan, bəzi dişləri çıxmayan insanların sağlamlıq problemini müalicə etməyə yardımçı olacaq. Buna uyğun olaraq bəzi xəstələrdə anodontiya, yəni dişlərin tam olmaması və ya qısalması halı ola bilər və bunun tezliyi dünyada orta hesabla bir faiz təşkil edir. Bu vəziyyət tez-tez dişlərin çıxmasında uğursuzluq (dəridən əlavə anormallıqlar - ektodermal dislaps) yaradır, həmçinin saç, dırnaq, dəridə qüsurlar özünü göstərə bilir. Belə vəziyyətlərin insan həyatına mənfi təsirləri var, adətən bu, protez və diş implantasiyası kimi müalicələrlə də baş verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3900
avatar

Oxşar yazılar