Yanıq izlərini bu üsullarla yox edin
09 noyabr 2022 09:09 (UTC +04:00)

Yanıq izlərini bu üsullarla yox edin

Dərinizdə qalan yanıq izləri çoxlarını narahat edir.

Lent.az xəbər verir ki, mütəxəssislər yanıq izlərinin dərəcəsinə və müalicəsinə görə keçib-keçməyəcini deyir.

Məsələn, əgər yanıq birinci dərəcəlidirsə, 2 həftə içərisində iz də keçib gedir.

İkinci dərəcəlidirsə, bu da qısa müddətdə keçib gedir.

Ancaq üçüncü dərəcəli yanıq izləri nisbətən böyük hissəni əhatə edir. Müalicəsi də daha çoxdur. Buna görə də mütəxəssislər üçüncü dərəcəli yanıq olduğu halda həkimə müraciət etməyi tövsiyə edirlər.

Yanıq izlərinə tərkibində E vitamini olan Hindistan qozu, lavanda və dazıotu yağları faydalı gəlir. Həmçinin alma sirkəsi və kartof da yanıq izlərinə və iltihablara müsbət təsir göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2733
avatar

Oxşar yazılar