Stokholm Universitetinin alimləri müəyyən ediblər ki, yer üzündəki bütün yağış suları çirklidir və içilmək üçün yararlı deyil.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, araşdırma zamanı 2010-cu ildən Antarktidadan Tibetə qədər su nümunələri təhlil edilib.
Məlum olub ki, PFAS (per - və polifluoroalkil maddələr) səviyyəsi tamamilə bütün nümunələrdə artıqolub, Tibet və qütb nümunələrində isə zərərli birləşmələrin miqdarı icazə verilən həddi 14 dəfə keçib.
Əldə edilən məlumatlara görə, ətraf mühitdə PFAS səviyyəsi son 20 ildə dəyişməz qalıb. Bu toksinlərə məruz qalma sağlamlıq problemlərinə, o cümlədən reproduktiv pozğunluqlara, uşaqlarda inkişaf geriləmələrinə və xərçəng, piylənmə və yüksək xolesterin riskinin artmasına səbəb ola bilər.