Koronavirus ən azı daha bir neçə il xüsusi diqqət tələb edəcək, çünki dünyada yoluxma hallarının sayı kifayət qədər yüksəkdir. Bundan əlavə, COVID hələ mövsümi infeksiya sayıla bilməz.
Lent.az xəbər verir ki, bunu rusiyalı virusoloq Anatoli Altşteyn bildirib.
O qeyd edib ki, pandemiyanın başa çatdığı elan edildikdən sonra koronavirus daha 8,5 milyon insanı yoluxdurub, mayın əvvəlindən isə 47 min nəfər ölüb. Ona görə də pandemiyanın tamamilə bitdiyini hesab etmək hələ ki, mümkün deyil. Virusoloqun fikrincə, bu, daha bir-iki il davam edə bilər.