Vərəmin ayaq altına sərilmiş dərmanı - Dəvədabanı
08 iyun 2024 15:24 (UTC +04:00)

Vərəmin ayaq altına sərilmiş dərmanı - Dəvədabanı

Lent.az “Şəfalı bitkilər” rubrikasında bu dəfə hər addımbaşı yabanı şəkildə rast gəlinən, hər cür iqlimə və çətin şəraitə uyğunlaşan dəvədabanının faydaları barədə məlumat verir.

Onun adı kobud səslənsə də, çiçəkləri zərif, özü çox dərdə dərmandır.

Dəvədabanı ən çox Avrasiya və Şimali Afrika ölkələrində bitir, çiçəklərindən bal ətri gəldiyi üçün arılar tərəfindən daha çox sevilir.

Qədim Romada dəvədabanının yumşaldıcı və orqanizmi gücləndirən təsirinə inanırdılar. Döyüşə çıxan əsgərlər dəvədabanı otunu qoparıb çiy halda yeyirdilər.

Bu bitkinin kökündən və yarpaqlarından soyuqdəymələr, öskürək vərəm, bəlğəm zamanı istifadə edilir. Onun yarpaqlarının tərkibində selik, qətran və tanin var.

Bu bitkidən tibb sahəsində bronxlardakı bəlğəmin təmizlənməsi məqsədilə istifadə edilir. O pnevmoniyalar, ağ ciyərlərin emfizeması və xroniki bronxit xəstəliklərində istifadə edilir.

Dəvədabanı orqanizm daxilində olan irinli-iltihablı proseslərin aradan qalxmasına yardım edir.

Xalq təbabətində ondan südgətirici vasitə kimi istifadə edilib. Belə ki, dəvədabanı yarpaqlarını döşün üstünə düzüb saxladıqda gənc anaların südü çoxalır. Dəvədabanı yarpaqları döş vəzində olan süd axarlarını rahatlaşdırır və südün çoxalmasına səbəb olur.

Xalq təbabətində onun yarpaqlarını iştahanın açılması və həzm prosesinin sürətlənməsi məqsədilə istifadə edilir. İbn Sinanın əlyzmalarında da dəvədabanı haqqında yazılara rast gəlinir. O, dəvədabanını rahat nəfəs almaq və öskürəkdən xilas olmaq üçün məsləhət bilib.

Bitkinin tərkibində pirrolizid alkoloidi var. Bunun orqanizmə az toksiki təsiri var. Ona görə də 6 həftədən çox dəvədabanı çiçəyindən istifadə eləmək məsləhət görülmür. Hamiləlik və südəmizdirmə dövrlərində də qadınlara dəvədabanı dəmləməsindən istifadə etmək olmaz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18681
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar