Üzüm yemək, dietoloqlar və mütəxəssislərin fikrincə, gəncliyi və gözəlliyi qorumağa kömək edəcək, həmçinin insanın idrak qabiliyyətini yaxşılaşdıracaq.
Lent.az xarici mediaya istinadən giləmeyvənin səkkiz az bilinən müalicəvi xüsusiyyətlərini təqfim edir.
Amerikalı dietoloq Daniela MakEvoyun sözlərinəgörə, üzümün tərkibində 1600-dən çox faydalı birləşmə var. Giləmeyvənin qabığı və içərisi orqanizm üçün lazım olan maddələrlə çox zəngindir.
"Üzümün tərkibindəki antioksidant birləşmələr beyində oksidləşdirici stressi minimuma endirməyə kömək edir ki, bu da onu yaşla idrak qabiliyyətinin azalması və yaddaş itkisindən qoruyur", - dietoloq bildirib.
Onun həmkarı Pol Kleybruk əlavə edib ki, üzümün tərkibindəki antioksidantlar - flavonoidlər, fenollar, vitamin C, quercetin (quercetin, bir sıra qidalardan (elmalar, soğan, çay, giləmeyvə və qırmızı şərab daxil olmaqla) və bəzi otlar (məsələn, ginkgo biloba) arasında təbii olaraq aşkar edilmiş bir kimyəvi maddədir-red.), lutein, beta-karotin və resveratrol zədələnmiş hüceyrələri bərpa etməyə və onları sərbəst radikallardan qorumağa kömək edir.
Dietoloq Cessiya Federin fikrincə, üzümdən istifadə həm də qocalma prosesini ləngidir, gəncliyi, qan damarlarını və ürəyi vaxtından əvvəl aşınmadan qoruyur. Onun sözlərinə görə, təbii antioksidant olan, xüsusilə qırmızı və qara üzümlə zəngin olan resveratrol faydalı təsir göstərir.
“Xüsusilə, resveratrol qan damarları üçün qoruyucu bir örtük təmin edir, zədələnmənin qarşısını alır və bununla da ürəyi iltihabdan qoruyur”. – Cessiya Feder vurğulayıb.
MakEvoy deyir ki. ürək və qan damarlarına müalicəvi təsirindən əlavə, üzüm qan təzyiqini normallaşdıra bilər. O, bu təsirin giləmeyvələrdə yüksək kalium və minimum natrium miqdarı ilə əldə edildiyini izah edib.
Dietoloq daha yaxşı yatmaq üçün axşamlar bir ovuc üzüm yeməyi də tövsiyə edib. Onun sözlərinə görə, giləmeyvədə yuxu və oyaqlığın tənzimlənməsindən məsul olan hormon olan melatonin az miqdarda var.
Pol Kleybruk qeyd edib ki, üzümün faydalarına baxmayaraq, mədə narahatlığı yaratmamaq üçün ondan sui-istifadə etmək lazım deyil. Bundan əlavə, tərkibində şəkər olduğuna görə onu şəkərli diabet xəstələri ehtiyatla yeməlidirlər.