Ürək tutmasının  gözlənilməz SƏBƏBLƏRİ
15 may 2026 18:42 (UTC +04:00)

Ürək tutmasının gözlənilməz SƏBƏBLƏRİ

0

Ürək-damar sistemi ilə bağlı problemlər dünyada ən ciddi sağlamlıq  və erkən ölüm səbəbləri arasında ilk sıralarda yer alır.

Lent.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrində həkimlər sağlamlığa məsuliyyətli yanaşmanı təşviq edir və ürəyi qorumaq üçün tədbirlər görməyə çağırırlar. Bunun üçün isə ürək problemlərinin necə və hansı səbəblərdən yarandığını bilmək vacibdir.

Yuxu çatışmazlığı

Araşdırmalar göstərir ki, gündə 6 saatdan az yatan insanların ürək tutması riski 6–8 saat yatanlarla müqayisədə iki dəfə daha yüksəkdir. Yuxusuzluq qan təzyiqinin və iltihabın artmasına səbəb olaraq ürəyə mənfi təsir göstərə bilər.

Miqren

Miqrendən əziyyət çəkən insanların, xüsusilə tutmadan əvvəl aura yaşayanların ürək tutması riski daha yüksək olur.

Havanın çirklənməsi və avtomobil qazları

Çirkli havanın yüksək səviyyədə olması ürək problemləri riskini artırır. Çünki çirkli hava damarların tutulmasına səbəb ola bilər.

Bir dəfəyə çox yemək yemək

Həddindən artıq qida qəbulu stress hormonlarının səviyyəsini yüksəldə bilər. Bu isə qan təzyiqinin və ürək döyüntüsünün artmasına gətirib çıxararaq ürək tutmasını tətikləyə bilər.

Güclü emosiyalar

Qəzəb, kədər və stress kimi mənfi hissələrlə yanaşı, həddindən artıq sevinc və emosional həyəcan da ürək tutmasına səbəb ola bilər.

Qəfil və ya ağır fiziki yüklənmə

Normadan artıq fiziki məşqlər ürək tutması riskini artıra bilər.

Soyuqdəymə və qrip

Tənəffüs yolu infeksiyaları iltihaba səbəb olur və bu da ürəyə mənfi təsir göstərə bilər.

Astma

Astması olan insanlarda ürək tutması riski təxminən 70 faiz daha yüksək hesab olunur.

Fəlakətlər və travmatik hadisələr

Araşdırmalar göstərir ki, böyük fəlakətlərdən sonra ürək tutmalarının sayı artır.

İdman yarışları və emosional həyəcan

İdman yarışlarını izləmək və güclü emosional həyəcan yaşamaq da risk faktorlarından biri hesab olunur.

Alkoqol və qəhvə istifadəsi

Bu içkilərin normada qəbulu bəzi hallarda faydalı sayılsa da, həddindən artıq istifadə ürək sağlamlığına zərər verə bilər. Mütəxəssislər bildirirlər ki, bu faktorlar barədə məlumatlı olmaq və vaxtında tədbir görmək ürək tutması riskini əhəmiyyətli dərəcədə azalda bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar